• $
  • €
  • ₽
  • ₺
  • £

"Hökumət ciddi addımlar atmalıdır" - Ekspert

"Hökumət ciddi addımlar atmalıdır" - Ekspert
02.02.2015 12:41
"Rusiyada spirtli içkilərin ucuzlaşması, bizdə isə əksinə, bahalaşması ölkəyə qeyri-leqal yollarla tütün məhsulları və spirtli içkilərin gətirilməsinin artımına səbəb olacaq" - bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ANN.Az-a açıqlamasında deyib.
 
Ekspert bildirib ki, Azərbaycanda siqaretin və spirtli içkilərin bahalaşması gözlənilən qərar idi: "Çünki ötən il tütün və spirtli içkilərin aksiz vergilərinin qalxması haqqında ilkin məlumatlar dolaşırdı. Rəsmilərin açıqlmasında da bu fikirlər var idi və nəhayət, qərar həyata keçirildi. Hökumət neftin ucuzlaşması ilə əlaqədar büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün  bu cür addımlar həyata keçirdir. Dünyanın bütün ölkələrində tütün və spirtli içkilərin qiymətini artırmaq büdcəni artırmaq üçün daha asan vasitələrdən biridir. Çünki  bu məhsullar gündəlik daha çox satılır. Buna baxmayaraq, qiymətlərin artırılması ictimai qınağa səbəb olmur. Çünki bir çox insan tütün və spirtli içkilərin bahalaşmasını müsbət addım kimi dəyərləndirir.  Buna görə də ictimai qınaq olmadığından bütün dünyada hökumətlər tərəfindən qiymətin artırılması problemsiz şəkildə həyata keçirilir. Ancaq hökümət bu qiymətləri elə səviyyədə saxlamalıdır ki, spirtli içkilərin və tütün məmulatlarının ölkəyə qeyri-qanuni yollarla gətirilməsini stimullaşdırmasın. Yəni qonşu ölkələrlə kəskin şəkildə qiymət fərqi olacaqsa, onda qeyri-leqal yollarla qonşu ölkələrdən ölkəyə spirtli içki və ya tütün məmulatlarının girişi artacaq. Xatırladım ki, Rusiyada son 6 ildə tamamilə fərqli addım atılıb, bizdəki qiymətə tam əks olaraq spirtli içkilərin qiyməti 20% ucuzlaşıb. Baxmayaraq ki, Rusiyada da ciddi böhrandır. Qeyd etmək istərdim ki, qonşu ölkədə qiymət ucuzlaşıb, bizdə kəskin şəkildə artırılsa, ciddi fərq yaransa, qaçaqmalçılıq, qeyri-leqal yollarla ölkəyə bu məhsulların gətirilməsi kəskin şəkildə artacaq. Bunun qarşısını almaq üçün hökumət ciddi addımlar atmalıdır". 
 
Ekspertin fikrincə, artırılan qiymətlərin statistikasından belə nəticəyə gəlmək olar ki, 1000 ədəd siqaretin aksiz markası təqribən 3 dəfəyə qədər qalxıb: "Hökumətin verdiyi qərarlar bir az qəliz ifadə olunduğundan bunu cəmiyyət yaxşı başa düşmür. Amma təqribi hesablamalara əsaslansaq artım 25 % olacaq. Bundan başqa son qərarlarda ölkəyə gətirilən benzinin aksiz markalarında endirim olub. Ölkədə premium markalı benzinin qiymətində endirim görməliyik, amma çox təəssüf ki, bu müşahidə edilmir. Ola bilər ki, bu qərardan sonra bu da həyata keçirilsin. Premium markalı benzinin qiyməti ucuzlaşsın. Çünki qonşu ölkələrdə məsələn; Gürcüstana nisbətən bizdə premium markalı benzin daha bahadır".
 
Ekspert  qiymət artımı məsələsinin digər sahələrə təsir göstərməsindən söz açarkən deyib ki, bu hökumətin aparacağı siyasətdən asılı olacaq: Yəni vergi və gömrük tarifləri hansı sahələrdə daha kəskin şəkildə artacaqsa, o sahələrdə də qiymət artımı daha çox olacaq. Digər məsələ isə manatın kursu ilə əlaqədar olacaq. Manatın dəyəri avro və dollara nisbətdə ucuzlaşacaqsa, təbii ki, ölkəyə gətirilən məhsullarda da qiymət artımı özünü göstərəcək". 

Orxan Aslanlı 
 
ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol