• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gəncliyi bu gün

Azərbaycan gəncliyi bu gün
03.02.2015 00:28
Məndən Gənclər Günü ilə bağlı yazı yazmağı istədilər. Daha dəqiq, gəncliyin Günü ilə bağlı yazı. 

Etiraf edirəm ki, bilmirəm nə yazım. Özümü artıq gənc hesab etmirəm. Ruhən yox– ruhən özümü 23 yaşında hiss edirəm – amma fiziki olaraq dəqiq gənc hesab etmirəm.

Gənclərimiz haqında yekdil bir fikir formalaşdırmaq çətindir. Yəqin ki, bu digərlərinə də aidir. Çünki – bayağılığa görə üzr istəyirəm – bizdə kateqoriya, daxili fərqlər çox kəskindir. 

Fərqlidirlər. Əvvəlki nəsillərdən (yəqin ki, bu belə də olmalıdır) daha çox fərqlənirlər. Hardasa heyrətamizdirlər, hardasa yox.

Bəlkə də, öz maraqlarını qorumaqda həddən artıq passivdirlər. Öz kütəliviliklərində. Ümumilikdə (amma hər zaman istisna vardır).

Bəlkə də, onlara it və pişiklərin hüquqlarını qorumaq, öz hüququnu qorumaqdan  daha asandır. Bəlkə də, həddən artıq qorxaq və gəncliyə yaraşmayan şəkildə praqmatik və hesabını biləndirlər.

Əlbəttə ki, onlar müxtəlifdir. Mən tez-tez onlarla ünsiyyətə girirəm. Həm realda, həm də virtualda. Daha çox onları küçədə, mağazada, nəqliyyatda müşahidə edirəm. Onlar bizə nisbətdən daha çox eqosit və düzünü desək, pofigistdirlər. Bunlardan başqa, həm də çox iddialıdırlar. Bəzən bu iddialar əndazəni aşır. Məsələn, restoranda işləmək istəyən gənc, bu işə xidmətçi və ya qapıçı vəzifəsindən başlamaq lazım olduğunu unudur. O, həmişə idarə etməyə, kresloda oturub göstəriş verməyə can atır. O, gələcəyin onlardan asılı olduğunu çox tez-tez eşidib və buna adət edib.

O, tarixi yaxşı bilmir. Bir çox hallarda öz tarixini də. O, Qədim Dünya, Orta Əsr, Azərbaycan Tarixi haqqında heç nə bilmir, amma əvəzində, iPhonun istehsal xranalogiyasından – birincidən tutmuş, 6 Plus-a kimi –  tutmuş maşınların qiymətləri, bütün bankların kredit faziləri və yüngül narkotikaya haqqında məlumatları əzbər bilir.

İndiki gənclik, bizim zamana nisbətən daha qətidir. Onlar, Üzeyir Mehdizadəyə qulaq asan özü kimilərinə lağ edirlər. Üzeyirə qulaq asanlar, Dubçova qulaq asanlara lağ edir. Onlar da, bunlar da bir yerdə Farella Ulyamsa qulaq asanlara lağ edirlər. Və beləcə, çarx döməkdə davam edir.

Onlar sözsüz ki, bizə nisbətən daha azad və öz mənlərini çılpaq formada nümayiş etdirməkdə daha sərbəstdirlər. Onlar kütlədən fərqlənməkdən qorxmurlar və kütlənin yarğısını çox zaman veclərinə almırlar. Onun kişi cinsli nümayəndələri uzun saç saxlamaqda, şortik geyinməkdə, sırğa taxmaqda daha cəsarətlidirlər. Bəs qızlar? Onlar, onlar daha çox cəsarətlidirlər.

Yarğılarında daha qəti olsalar da, daha çox liberladırlar. 

Əlbəttə ki, daha çox dindardılar çünki mənəvi tərbiyələri zəifdir.

Ancaq bunlardan başqa, onlar nə istədiklərini çox yaxşı bilirlər. Onlar pul, hakmiyyət, maşın və ev istəyirlər. 

Elm onlara maraqlı deyil. Təkcə bir maaşa görə tarixi, filalogiyanı, fəlsəfəni, zoologiyanı oxumaq onlara yaddır.  Təhsil vermək, sağaltmaq və qorumaq  üçün müəllimlik, həkimlik oxuyan və polis təhsili alan  insanlara onlar luzer kimi baxırlar. Çünki onlar başqa zamanda doğulub və başqa dünya görüb. Elə bir dünyada ki, həmin dünyada həkimlər, müəllimlər və polislər sürücülükdən, təhsildən, sağlamlıqdan pul qopardan jandarma və insanların dərisini soyan vergi yığanlardırlar.

Onlar, elə bir dünyada doğulub ki, ya sən onu, ya o səni. Və onlar bu dərsi çox gözəl mənimsəyiblər.

Onların böyük bir qismi Allah üçün yad ölkədə ölməyə hazırdırlar. Musiqini, fizikanı və kimyanı kafirlik əməli hesab edirlər. Öz ölkələrində heç bir perspektiv görmürlər. Onların təhsil almaq şansı olan dünyəvi görüşlü kəsimi də, öz ölkələrində yaşayıb uğur qazanacaqlarına inanmırlar. Onlar ciddi şəkildə xarici dillər oxuyaraq, bu ölkədən qaçıb getməyə çalışırlar.

Allah adına ölmək istəməyənlər və Qərbə getməyənlər YAP-ın sıralarına qoşulurlar. Yaltaqlıq və məddahlıq onlara görə mühakimə olunmaq üçün səbəb ola bilməz, çünki bu uğur qazanmağın yoludur.

Kütləvi götürdükdə, indiki gənclik daha az millətçidir. Millətçi olanlarda isə "ura” qışqırığı daha öndə gəlir.

Onlar Qarabağı görməyib. Amma onlar "onu kim veribsə, geri də alsın”, "Qarabağı özümüz itirmişik” və s. kimi söhbətləri tez-tez eşidiblər.

Onlar Qarabağı görməyib. Qarabağı itirən onlar deyil. Demək, problemi onlar həll etməməlidir...

İndiki gənclik necədirsə, elədir. Daha dəqiq bu ölkənin layiq olduğu şəkildədir. Bizim ona layiq olduğumuz şəkildə. 

Və çətin ki, indiki gün onlara lazım olsun. Bu gün onlara maraqlı deyil. Ancaq yenə də, səni təbrik edirəm, gənclik! 

 
Həmid Həmidov
 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol