• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınlar üçün vacib 10 KİTAB

Qadınlar üçün vacib 10 KİTAB
04.02.2015 17:06
Qadınlar fərqli kitabları sevirlər – romantik, realist və fantastik, ruhun və gözəlliyin gücü haqqında hekayələr, ağlın və ürəyin qarşıdurmasından bəhs edən romanlar. Etiraf edək ki, onların heç də hamısı sevgi haqqında deyil. Amma vicdanlı davranaraq bildirək ki, bütün əsas dünya ədəbiyyatı məhz sevgi mövzusundan bəhrələnib.  

Bir də, ona inanırıq ki, zamanında oxunmuş bir kitab insanın bütün həyatını dəyişməyə qadirdir.



Erix Mariya Remark: «Borc həyat»



Bu elə bir həyatdır ki, artıq itirməyə heç nə qalmayıb. Maşın oğrusu olan Klerf vərəm xəstələrinin yatdığı sanatoriyada müalicə alan ölümcül xəstə Lilianı qaçırdır. Çox az ömrü qaldığını bilən Lilian son günlərini qeyri-adi və şən keçirtmək istəyir... İnsanın içini parça-parça edib sonra yenidən bir yerə toparlayan bu hekayə bizə həyatı dəyərləndirməyi və ölümdən qorxmamağı öyrədir.  


Joan Harris: «Şokalad»




Şokaladın qoxusu, dadlı karamel, təzə kətə və sirlərlər yoğrulmuş şirniyat romanı. Uzaq, karnaval havalı şəhərçik Lanskne-su-Tann iki göyçək insanı - ana və qızını - özünə çəkib gətirir. Onlar şəhərdə qənnadı hazırlanan yer açırlar və bununla şəhər sakinlərinin həyatını əbədi dəyişirlər. Bu gözəl kitab, hər bir qadında sehrli gücün olduğunu və ondan doğru-düzgün istifadə etməyin yollarını  öyrədir.  


Marqaret Etvud: «Qulluqçunun nağılı»




Marqaret Etvudun antiutopiyasında heyrətamiz bir dünya bütün çalarları ilə təsvir olunub. Həmin dünyada qadınların mülkiyyət hüququ yoxdur. Onlar nə işləyə, nə sevə, nə oxuya, nə də yaza bilərlər. Səhərlər qaçmaq, istirahətə getmək, axşam əyləncəsinə qatılmaq və ikinci dəfə evlənmək onlara qadağa olunub. Qadınlar ancaq və ancaq qulluqçu ola bilərlər. Bu romanı laqeyd qalaraq oxumaq mümkünsüzdür.


Nikolas Sparks: «İçimdəki ən yaxşı»




Nikolas Sparksın nəsri yumuşaq və işıqlı olduğundan onu oxumaq da əsl həzzdir. Orada hər yazılan təbii və həqiqi göründüyündən adam ona inanmaq istəyir. Hətta ən kiçik mistik məqamlar da bu mənzərəni korlaya bilmir. Bu kitabda, axşamı xoş əhvalda keçirtmək üçün hər şey var: ucqar şəhərçik, ayrılıq, intiriqa və ölümsüzlük arzulayan gözəl sevgi.


Anna Frank: «Sığınacaq. Məktublardakı gündəlik»



Anna Frank 1929-cu ildə anadan olub. Konslaqerdə vəfat edərkən onun cəmi 15 yaşı olub. Amsterdamda, ailəsi ilə birgə nasistlərdən gizlənərkən, yazmağa başladığı gündəliyi bütün dünyada Anna Frank adını məşhurlaşdırdı. Bu kimi kitabları mütləq oxumaq lazımdır. Çünki onlar bizə tarixin dəhşətli səhifələri haqqında danışır və bizi heç bir halda, heç bir şəraitdə təslim olmamağa səsləyir.


Jojo Moyes:  «Səninlə tanış olana qədər»



Lu sakit, rahat, amma darıxdırıcı və monoton həyat sürən sadə bir qızdır. Uill isə əksinə, enerjili, tam sağlam və uğurlu biznesmendir. Günlərin birində isə hər şey dəyişir: Uill qəfil əlil arabasında oturmağa məhkum olur. Onun bütün həyat eşqi sönüb gedir. Lu isə ona qulluq edən tibb bacısına çevrilir. Bu iki ayrı-ayrı xarakterli adamların həyat hekayəsi göstərir ki, bizə aşılması mümkünsüz görünən çətinliklərin öhdəsindən gəlmək mümkündür.


Vladimir Nabokov:  «Lolita»



Kəhanət romanı, qalmaqallar, konfliktlər kitabı olan «Lolita» okeyanın hər iki üzündə olan oxucuları sarsıtdığı kimi, sizdə də ziddiyətli hisslər doğuracaq. Kimlərsə bu kitabda hətta anatomik səviyyədə detallaşdırılmış günah görə bilər, kimlərsə elə ilk səhifədən onu nəfəs kəsən, ağır, insanın canına hopan bir roman hesab edərək sətirlərin son şirəsinə qədər "içəcək”. Bu romanı "ilk baxışdan, son baxışdan, əbədi baxışdan aşiq olmağın” himni kimi də qəbul etmək olar.  


Con Faulz:  «Fransız leytinantın məşuqəsi»




Hər gün qara dona bürünmüş gənc qadın dənizin qırağında duraraq üfüqə baxır. Bir gün başqa bir qadınla evlənmək istəyən bir kişi onu görür və bundan sonra hər şey kəllə-məyallaq inkişaf edir. O, görəsən əvvəlcədən evliklik planlaşdırdığı qadınla nikaha girəcək, yoxsa hisslərinin ehtiyac duyduğu azadlığının ardınca gedəcək? Siz qərar verəcəksiniz. Sonluğu iki variantda yazan Faulz vicdanın fərdi bir seçim olduğunu göstərməyə çalışır.


Elis Manro: «Həyatdan daha qiymətli»




Nobel mükafatının qalibi olan Elis Manronun hekayələrinin əsas özəlliyi ondadır ki, siz həmin əsərlərin istənilən birində, öz həyatınızla bağlı çoxlu oxşarlıqlara rast gələ bilərsiniz. Onun qəhrəmanlarının mövcud olduğuna inanmamaq olmur. Manronun nəsrində ən ciddi silah onun öz personajlarını hiss edə bilmə bacarığıdır. Bu romanda da siz bunu dərhal hiss edəcəksiniz.   


Yelizabet Qilbert:  «Yemək, dua etmək və sevmək»



Bu kitab, həyat eşqini itirib onu yenidən qazanmağı bacaran müasir, uğurlu qadının avtobioqrafik janrda yazılmış hekayəsidir. Kitab onu oxuyan hər bir qadına onun həqiqətən nə istədiyini və nələri arzuladığını xatırladır. Bu kitab, azadlıq, xoşbəxtlik, həyatdan zövq almaq və daxili aləminlə sülh şəraitində yaşamağı öyrədir.
 

Tərcümə etdi: Emin Aslan
ANN.Az





Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol