• $
  • €
  • ₽
  • ₺
  • £

Haruki Murakaminin həyat aforizmləri

Haruki Murakaminin həyat aforizmləri
05.02.2015 12:32
Biz bəzən həyatımızda olan ən çətin fenomenləri – hisslərimizi, emosiyalarımızı və digər duyğularımızı tərənnüm etməkdə söz tapmağa çətinlik çəkirik.  Yapon yazıçısı Haruki Murakami bunu bacaran yazıçılardandır. O, sanki insan daxilində baş verən təlatümləri, çalxantıları son dərəcə dəqiq, düzgün və incə formada qələmə ala bilir.

12 yanvarda onun 65 yaşı tamam oldu.
 
 

 

ANN.Az tanınmış Adme.ru saytına istinadən onun ən düzgün hesab etdiyi aforizmlərini toplayıb. İnanırıq ki, bu deyimlər oxucularımız üçün də maraqlı olacaq.


- Sevgisiz həyat pəncərəyə çarpılan külək kimidir. Ona nə toxunmaq olur, nə də içinə çəkmək.

- Əvvəllər düşünürdüm ki, insanlar il keçdikcə böyüyür, amma sonradan anladım ki, insan qəfil böyüyür.

- Dünyada yanlış fikir yoxdur, fikirlərimizlə üst-üstə düşməyən fikir var. Bax belə.

- İnsan nə qədər yaşlaşırsa, həyatında dəyişdirmək istədiyi şeylər də bir o qədər çoxalır.  

- Bizdən ayrılıb yoxa çıxan şeylər - hətta onlar əbədi bizi tərk etdikdə də - özündən sonra heç zaman bərpa olmayan dəliklər buraxırlar.

- Bir-birimizi qucaqlayaraq biz öz qorxularımızı paylaşırıq.
 
- Əgər hamı hər sonluğun yaxşı qurtaracağına inansaydı, dünyada heç kim heç nədən qorxmazdı.

- Ağrıdığın zaman nə edirsən et, yenə ağrıyacaqsan.

- Duyğuların üzə çıxmasına imkan vermək lazımdır. Bunu etməmək pis nəticələr doğurur. Belə ki, duyğular daxildə  basdırıldıqca onlar içəridə daşlaşır. Sonda isə ölürlər.

- Belə görünür ki, ürək üzəri daş kimi möhkəm yerdə gizlənib və onu qazıb ortaya çıxarmaq çox az adama müyəssər olur. Məhz buna görə mən insanları sevə bilmirəm.  
 
 
- Bir-birinə qarşı vicdanlı olmaq və kömək etmək – bax, əsas budur.

- Ümid yanacaqdır. Onlar insanlara yaşamaq üçün verilir. Ümidsiz heç bir "irəliyə doğru tərpəniş” olmur.  

- Bizim bütün həyatımız həqiqətən baş verənlərlə bizim unutmaq istədiklərimiz arasında keçən sonsuz davadan ibarətdir.  

- Gizlədilmiş heç bir sirr əbədi ürəkdə qalmır.

- Ən önəmlisi – başqalarının düşündüyü böyük həqiqətlər yox, sənin özünün gəldiyin kiçik nəticələrdir.

- Yaddaş insanı içəridən qızdırdığı kimi, onu həm də daxildən parçalayır.

- Dənizə çox baxdıqca insanlardan, insanlara çox baxdıqca isə dənizdən ötrü darıxırsan.

- Uzaqdan hər şey gözəl görünür.

- Çox tez-tez belə olur: dünyada ən önəmli hadisələr əhəmiyyətsiz şeylərdən baş verir.  

- Yüksək effektivliklə yanlış yolda irəliləmək, yerindən heç tərpənməməkdən daha pisdir.

- Tənhalıq fikirlərini bölüşəcək insan olmadıqda, fikirlər səni öz arasında bölməyə başlayır.

- Əgər hər şey ürəyinin istədiyi kimi olsa idi, yaşamaq maraqsız olardı.


Foto "Norveç meşəsi” filmindən götürülüb.
 

Tərcümə etdi: Emin Aslan
ANN.Az

 


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol