• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların kursunun artması ən çox kimlərə ziyan vuracaq? - AÇIQLAMA

Dolların kursunun artması ən çox kimlərə ziyan vuracaq? - AÇIQLAMA
17.02.2015 14:03
Azərbaycanda dolların məzənnəsinin artması, manatın məzənnəsinin isə nisbətən ucuzlaşması əhali arasında narahatçılıq yaradıb. Çünki banklara ödənilən kredit faizlərinin əksəriyyəti dollar valyutası ilə həyata keçirilir. Bunun qarşısının alınması üçün hər hansı tədbir görüləcəkmi? Əhali kredit ödəyəndə bundan sonra daha çoxmu pul itirəcək? Dolların məzənnəsinin artmasından ən çox zərəri kimlər görəcək? Əhali bundan sonra üstünlüyü hansı valyutaya verəcək?
 
Bu suallara aydınlıq gətirmək üçün ANN.Az iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət etdi.
 
Espert açıqlamasında bildirib: "Mərkəzi Bank dünən açıqladığı rəsmi kursda dolların məzənnəsinin çox cüzi, yəni qəpiyin 1/10 qədər artdığını dedi. Bu o qədər də ciddi artım deyil, amma Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bildirdiyi kimi yaxın gələcəkdə bivalyuta siyasətinə (ikili valyuta) keçərək manatın hər iki valyutaya qarşı məzənnəsi tənzimləməyə başlananda təbii ki, manatın məzənnəsinin aşağı düşməsi gözləniləndi. Və əhalinin narahatçılığı əsassız deyil, artıq əhali əlində olan maliyyə vəsaitini dollar valyutasına çevirməyə başlayır. Dolların kursunun artmasından sonra təbii ki, ölkədə bu valyutaya maraq daha da artacaq. Dolların kursunun artmasından isə ən çox zərər çəkənlər banklara dollarla kredit ödəyən vətəndaşlar olacaq. Banklarda bu tip kreditlərin sayı kifayət qədərdi. Dollarla kredit götürən əhali həm faiz ödəməklə yanaşı, həm də manatın dollara çevirib ödəyəndə daha çox maliyyə vəsaiti itirəcəklər. Yəqin ki, bunu Mərkəzi Bank nəzərə alacaq və xüsusi tədbirlər planı, layihə hazırlayacaqlar. Buna bənzər hadisə Rusiya Federasiyasında da gedir. Onlarla Rusiya vətəndaşı banklardan dollar valyutasıyla kreditlər götürüb və dolların qalxması ilə onlar həmin banklara pul ödəməkdə çətinlik çəkirlər. Bunun üçün də dövlət və mərkəzi bank əhaliyə yardım göstərməyə başlayıb. Azərbaycanda isə manatın məzənnəsinin kəskin şəkildə aşağı düşəcəyi gözlənilmir. Amma az da olsa manatın məzənnəsi aşağı düşəcək. Ümid edirəm ki, Mərkəzi Bankda belə bir komissiya yaradacaq, əgər bu yüngül devolvasiya baş versə, dollarla kredit götürmüş şəxslərə yardım üçün proqramlar planı hazırlayacaqlar”.
 
Manatın ucuzlaşmasından danışan ekspert bildirdi ki, manatın ucuzlaşmasını təqribən 10-15% gözləmək olar. Çünki kəskin ucuzlaşmaya nə Mərkəzi Bank, nə də hökumət imkan verər.
 
 Əhalinin ən çox dollar valyutasına üstünlük verəcəyini deyən ekspert bildirdi ki, dolların məzənnəsinin  belə artımı dünya birjasında artıq həmin valyutanın öz əvvəlki yerini tutması ilə nəticələnə bilər: "Bunun üçün də artmaqda olan dollara əhali daha çox üstünlük verəcək. Maliyyə vəsaitlərini artıq ölkədəki banklarda dollar valyutası ilə saxlamağa çalışacaqlar. Bunun bir fəsadı da ondan ibarətdir ki, son illərdə ölkə bu məsələni artıq ikinci plana salmışdı.  Yəni evlərin, maşınların, daşınmaz əmlakın qiyməti manatla həyata keçirilirdi. Çox güman ki, məzənnənin aşağı düşməsi ilə əvvəlki illərdə olduğu kimi artıq bunlar dollarla həyata keçiriləcək. Bu da qiymət artımına zəmin yaradacaq səbəblərdən biri olacaq”.
 
Dolların qiymətinin artmasının neftin qiymətinə təsiri məsələsini şərh edən ekspert qeyd etdi ki, bu proses Azərbaycana təsir etməyəcək, dünyada isə dolların başqa valyutalara qarşı kursu artarsa, belə bir ethimal çox yüksəkdir. Çünki dünya bazarında avronun məzənnəsinin ucuzlaşması davam edir: "Dünyada dolların kursu artacaqsa, bu neftin qiymətinə əks təsir edəcək. Dollar baha olanda neft ucuzlaşır. Və bu proses belə getsə, yəni dollar bahalaşmaqda davam etsə, bu neftin qiymətinə neqativ təsir edəcək".  

Orxan Aslanlı
 
ANN.Az


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol