• $
  • €
  • ₽
  • ₺
  • £

9 günlük bayramda Azərbaycan nə itirəcək, nə qazanacaq?

9 günlük bayramda Azərbaycan nə itirəcək, nə qazanacaq?
21.02.2015 11:53
Vüqar Bayramov: "Bu, iqtisadi baxımdan arzu olunan deyil...”
 
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-i şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı, son dəyişikliyə görə isə 27-si də qeyri-iş günü olacaq. Martın 29-u isə iş günüdür. Bir sözlə, Novruz bayramı ərəfəsində dövlət müəssisələrində 9 gün qeyri iş günü olacaq.

Maraqlıdır, iqtisadi böhran yaşandığı bir dövrdə 9 günlük bayram tətili ölkəyə neçəyə başa gələcək? 9 gündə Azərbaycan nə itirəcək, nə qazanacaq? İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, 9 gün bayram gününün olması iqtisadi cəhətdən arzu olunan deyil: "9 gün bayram tətilinin elan edilməsində qazanan tərəf yalnız turizm sektoru olacaq. Nəzərə alsaq ki, turizm sektoru adətən istirahət günlərinin və ya bayram günlərinin çox olmasından, yerli müştərilərin cəlb edilməsi baxımından gəlir əldə edə bilir. Bayram günlərinin çox olması vətəndaşların ölkə daxili turizm, bəzilərinin isə xarici ölkələrə səyahət etmək üçün turizm xidmətindən istifadə etməsinə gətirib çıxarır. Bu baxımdan bayram günlərinin çox olmasından qazanan tərəf turizm sektorudur. Güman olunur ki, nəqliyyat sektoru da qazanan tərəfdir.

Çünki bu sektorda ölkə daxili, ölkə xarici, hava nəqliyyatı və dəmiryol nəqliyyatından daha çox gəlir əldə etmək olur. Amma 9 günlük qeyri iş gününün mənfi, psixoloji tərəfləri də var. Çünki adətən insan 9 gün işləməyibsə, onda müəyyən tənbəllik formalaşır. Psixoloji olaraq işə yanaşmada müəyyən çətinliklər formalaşır. Bunun da mənfi psixoloji tərəfləri var. Digər mənfi cəhət isə həmin qeyri-iş günlərində əlavə dəyərin nisbətən az yaradılması ilə bağlıdır. Belə ki, bayram günlərində, xüsusən şirkətlərin və dövlət müəssisələrinin dəyər vergisiz çalışmadığı üçün həmin iş yerlərinin yaranan dəyərin məbləğini azaldır. Bütün hallarda məhz bu birmənalı şəkildə iqtisadiyyata nisbətən az dəyərin yaradılması formasında təsir göstərir. Sözsüz ki, sonrakı dövrdə işçilər həmin dəyəri kompensasiya edə bilər. Amma bütün hallarda xüsusən də 9 günlük qeyri iş və bayram günlərinin olması iqtisadi baxımdan arzu olunan deyil”.

Bəs, dünya ölkələri öz milli bayramlarında neçə gün istirahət edirlər? Bu ölkələrdə də bayram günləri bizdəki kimi uzun olurmu?

Bunu öyrənmək üçün internet üzərindən kiçik bir araşdırma apardıq və məlum oldu ki, dünyada ən çox qeyri-iş, bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı, ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hökumət Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günü müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8, Sloveniyada 16, Avstriya və Çexiyada 15, Kipr və Slovakiyada 14, Rusiyada 12 qeyri-iş günü var.

YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir. MDB ölkələrindən Belarusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.



ANN.Az


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol