Bakıda mağazalar məhsul satışını dayandırdılar

Valyuta məzənnələrində dəyişikliklər edilməsindən sonra iri supermarketlərdə və topdan satış məntəqələrində satışlar suni şəkildə dayandırılıb.
Bunu anspress-in "qaynar-xətti”nə müraciətində paytaxt sakinləri bildiriblər.
Sakinlər deyir ki, bəzi mağazalar ümumiyyətlə məhsul satışını dayandırıb.
Fəaliyyətinə fasilə verən ticarət obyektləri hətta mağaza işçilərini belə içəri daxil olmasına imkan verməyib. İddia olunur ki, dollar və avronun bahalaşmasından sonra market və topdansatış məntəqələrində məhsulların qiymətləri yenidən müəyyənləşdirilir.
Məhz bu səbəbdən ticarət obyektləri əllərindəki məhsulları indiki qiymətlərlə satmaq istəmirlər.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb