• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük ümidlər və bitməyən müharibə

Böyük ümidlər və bitməyən müharibə
23.02.2015 11:48
Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Təhsil və Müdafiə nazirliklərinin müştərək təşkil etdikləri media tur çərçivəsində, 19-20 fevral tarixlərində cəbhəyanı rayonların (Ağcabədi, Ağdam və Tərtər) bir çox  məktəblərinə səfər etdik. 

Təşkil olunan media tur yadda qalan olsa da,  səfər bitdikdən sonra bir neçə sual məni düşündürdü. Biz səfər vaxtı 3 ayrı cəbhəyanı rayonda olduq, amma mənim "Atəş səsləri dərsinizə mane olurmu?” sualıma 3 rayonda da təxminən 12-13 yaş olan məktəblilər eyni cavabı verdilər: "Biz artıq bu səslərə öyrəşmişik.” 

Onlar bu cümləni deyərkən, bəlkə də dediklərinin mənasını belə anlamırdılar, ancaq bunu ifadə edirdilər.

Həqiqətən də müharibəni görməyən, ancaq müəllim və valideynlərndən müharibə haqqında bir-iki kəlmə söz eşidən məktəblilərin bu cavabı mənim üçün çox təsirli oldu. Çünki bu cür sıxıntılı, hər anı təhlükə dolu həyat tərzindən, silah səslərindən artıq onlar da bezmişdilər.  Atəş səsləri eşidəndə qorxa-qorxa məktəbə gedən məktəblilər və təmas xəttinə yaxın olan kəndlərdə  yaşayan əhali sözün əsl mənasında bu qorxulu həyatı sözlərlə ifadə edə bilmirdilər. Atəş səsi eşidən kimi övladlarından narahat olaraq, qorxa-qorxa məktəbə qaçan valideynləri düşündürən əsas sual bu idi: "Həqiqətən də müharibə nə vaxtsa bitəcəkmi?”, "Təhlükə olmadan, qorxusuz-hürküsüz rahat yaşamaq bizə də qismət olacaqmı?”, "Cəbhəyə əsgər yola salınan, görəsən, sağ-salamat geri qayıdacaqmı sualını nə vaxta kimi verəcəyik”. 

Hələ həyata yeni addımlar atan, gələcəklərini daha sakit və təhlükəsiz qurmaq istəyən məktəbli şagirdlər isə yalnız bu suallara cavab axtarırdılar: ”Görəsən silah səsi gəlməyən, qorxmadan gedib-gələcəyimiz bir məktəb də varmı?”, "Nə vaxtsa biz də istədiyimiz vaxt həyətdə rahat oynaya biləcəyikmi?” -  kənd əhalisinin və xüsusən də hələ o kiçik qəlbləri olan məktəblilərin bu cür sualları həqiqətən də ürəkparçalayandı. 

Torpaq uğrunda, vətən uğrunda şəhid olmaq şərəfli işdir. Ancaq bu qədər şəhid vermək hər bir ailə, hər bir valideyn və vətən üçün çox çətindir. Daha əvvəllər işlədilmiş ifadə olsa da, burada qeyd etmək yerinə düşərdi "Biz məğlub ordunun əsgərləriyik, şəhidləriyik”. Biz artıq bununla razılaşa bilmərik və bu taledən  qurtulmaq üçün bu müharibədə qalib gəlməli və  işğal olunmuş doğma diyarlarımızı, Qarabağımızı geri qaytarmalıyıq.

Orxan Aslanlı

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol