• $
  • €
  • ₽
  • ₺
  • £

Manatla bağlı rəsmi açıqlamaların olmaması ajiotajı böyüdür - Natiq Cəfərli

Manatla bağlı rəsmi açıqlamaların olmaması ajiotajı böyüdür - Natiq Cəfərli
24.02.2015 13:20

"Manatın dollara nisbətdə ucuzlaşması ehtimalı daha da artacaq”
 
 Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ANN.Az-a açıqlamasında bildirib.
 
Ekspert bildirib ki, manatın kəskin şəkildə ucuzlaşmasına baxmayaraq, yüksək dövlət rəsmilərinin açıqlama verməməsi, vəziyyəti biraz da qəlizləşdirib: 

"Nə hökumətdən, nə də prezidentdən rəsmi açıqlamaların gəlməməsi bu ajiotajın böyüməsinə şərait yaradan əsas amillərdən biridir. Mərkəzi Bank bu gün üçün dolların məzənnəsin elan etdi və cüzi də olsa, manat yenidən ucuzlaşdı və əhali arasında manatın yenidən güclənəcəyi barədə ümidlər də azalmağa başladı. Bu proses, milli valyutanın ucuzlaşması təkcə neft istehsal edən ölkələrdə yox, qonşu  Gürcüstan, Türkiyədə kimi ölkələrdə də gedirdi, amma orada bu baş verən zaman baş nazir, nazirliklər, Mərkəzi Bankın rəhbəri demək olar ki, hər gün çıxışlar edirdi. Əhaliyə gözləntilər barədə məlumat verirdilər. Amma bizdə bunun olmaması həqiqətən hamıda sual doğurur. Manat sabit olarkən bütün rəsmilər manatın sabitliyindən, digər valyutalara nisbətdə daha baha olmasından danışırdılar, ancaq indi heç bir rəsmi çıxış yoxdur. Belə kəskin devalvasiyadan sonra ən azından rəsmi açıqlama verib əhalinini məlumlandırmalıdırlar”. 
 
Manatın yenidən qalxması və dolların nə vaxta qədər sabit qalacağı ehtimalından söz açan ekspert qeyd etdi ki, dünyada gedən proseslər və Azərbaycanın makro iqtisadi göstəriciləri, neftdən aslılığı onu göstərir ki, yaxın gələcəkdə neftin qiymətinin qalxma ehtimalı yoxdursa, demək manatın güclənmə ehtimalı da yoxdur: 

"Çünki manatın belə kəskin devalvasiyasının səbəbi neftdən gələn gəlirlərin kəskin azalması ilə əlaqədardır. Neftin qiyməti yarıbayarı düşüb. Azərbaycanda hər şey demək olar ki, neftdən gələn gəlirlərdən asılıdır, neft ucuzlaşdıqca belə halların olması əslində gözlənilən idi. İqtisadi göstəricilərinə əsaslansaq, neftin qiymətinin yaxın 1-2 ildə bahalaşması gözlənilmir. Ona görə də Azərbaycanda dövlətin dəstəyi olmasa, dövlətin rezevrlərini istifadə etməsələr, manatın kursu getdikcə daha da ucuzlaşa bilər. Əgər sərbəst üzən bir valyuta səbətinə keçməyini Mərkəzi Bank dediyi kimi uzun müddət saxlayacaqsa, deməli manatın dollara nisbətdə ucuzlaşması ehtimalı daha da artacaq”. 
 
Natiq Cəfərli dolların məzənnəsinin artması ilə əhalinin banklarda olan əmanətlərini tələsik götürməsinə də münasibət bildirdi: 

"Əslində devalvasiyadan öncə bu addımı atanlar düzgün etdilər. Manatla olan vəsaitlərini dollara çevirdilər və uddular. Ancaq indiki vəziyyətdə bunu etmək o qədər də sərfəli deyil. Müəyyən dərəcədə gözləmə mövqeyi tutmaq lazımdır. Gözləmək lazımdır ki, bu proses nə vaxta kimi, hansı nöqtəyə qədər gedəcək. Bu devalvasiya Azərbaycana çox ciddi fəsadlar törədəcək. Ümid edək ki, hökumət də bunu anlayır və bunun qarşısını almaq üçün tədbirlər planı həyata keçirəcək. Amma təəssüf ki, bununla əlaqəli heç bir proqnoz yoxdur". 
 
Dolların məzənəsinin artması ilə əlaqədar süni qiymət artımından danışan ekspert ifadə etdi ki, Azərbaycanda konkret vahid qanun yoxdu ki, hansısa məhsul konkret qiymətə satılmalıdır: 

"Ona görə də bizim ticarətlə məşğul olan ticarətçilər belə fürsətdən istifadə edirlər. Bunun qarşısını almaq üçün ölkəyə gətirilən malların qiyməti ilə bağlı konkret qayda tətbiq olunmalı və həmin ticarəçilərə tapşırılımalıdır ki, məhsulları bu qiymətlərə əsasən satsınlar. Bununla, qiymət sövdələşmələrinin qarşısı alınmalıdır. İnhisarçılığın qarşısı alınmalı və açıq bazar siyasətinə keçilməlidir. Amma bu baş versə də, süni qiymət artımlarını biz yenə də görəcəyik”. 
 
Orxan Aslanlı
 
ANN.Az

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol