• $
  • €
  • ₽
  • ₺
  • £

“Manqal stake hause” – steyk və kabab bir tavan altında

“Manqal stake hause” – steyk və kabab bir tavan altında
25.02.2015 10:03
Bu gün Azərbaycanın zəngin yeməklərini təqdim edən əyləncə məkanlarının sayı artmaqdadır və onlardan biri təzəliklə istifadəyə verilən "Manqal Stake House” restoranlar şəbəkəsidir.  Bu məkan təqribən 4 ay bundan əvvəl, Bayraq Meydanı yaxınlığında, dəniz sahilindən bir az yuxarıda açılıb.

Məqaləni hazırlamağa başlayanda nəsə şüuraltı bir şey mənə mane olurdu. Bunun səbəbi o idi ki, bu çox profilli məkan hələ yeni-yeni qurulur.  Hazırda da məkanın genişləndirilməsi və funksionallığının artırılması davam edir. Bəlkə buna görə  personal qrupu xidmət göstərməkdə bir az gecikir, boşluq yaranır və hərdən yeməklər mənim gözləntilərimə cavab vermir...

Bütün bu çatışmazlıqlara baxmayaraq, ilk ziyarətimdəcə məkanın energetik və fərqli mətbəx təqdim etmək imkanını duymağa başladım. Elə buna görə də yazıya tənqidi tonda başlamaq istəmirəm.

İlk diqqəti çəkən məkanın dizaynı ilə ümumi arxitektur düşüncənin birliyinin hiss edilməsi idi. İcraçıların ən kiçik detalı belə nəzərdən qaçırmamaları  və öz işlərinə məsuliyyətlə yanaşmaları dərhal duyulurdu.

Hər yerdə peşəkar dizaynerlərin usta əlləri hiss edilirdi. Anturajın bütün elementləri: məkanın ümumi kompozisiyası, dekorativ incəlik, qab-qacağın interyerdə yeri, boyalı tavan və hətta ofisantların geyimləri böyük bir zövq və sevgi ilə hazırlanmışdı.

Daxili məkan sanki iki spesifik hissəyə ayrılıb: Azərbaycan mətbəxi bölməsi və şərti olaraq beynəlxalq - steyk bölməsi.  Onların hər birində müxtəlif ölçülü açıq masalar yerləşir. Burada kənar gözlərdən ayrı, dost və ailə mühitini yaradan ayrıca kabinetlərə daxil olub istirahət edə bilərsiniz.

Azərbaycan mətbəxi bölümü ilk günlərdən yüksək səviyyəni nümayiş etdirməyə başladı. Stolumuzda tez-tez dəyişdirilən milli mətbəxin müxtəli çeşidli yeməkləri həmişəki  kimi parlaq görünüşlü və dadlı idi.   

Şəhərimizin qonaqlarına israrla ənənəvi TİKƏ, LÜLƏ KABADAN başqa GÜRZƏ ( xırda parçalara ayrılmış və vələs yarpağına sarınmış qoyun əti), PİP DOLMA (Ət maşınından keçirilmiş, vələs yarpağına sarınmış yumuşaq quzu əti) və təbii ki, PLOVun müxtəlif çeşidlərindən birini dadmağı məsləhət görürəm.

Plov haqqında bir az daha ətraflı danışmaq istəyirəm. Burada hazırlanan plovu şəhərin heç bir yerində tapa bilməzsiniz. Zəif istilikdə bişirilmiş ağ, uzun düyünü siz şəhərin digər hansısa yerində görə bilməzsiniz. Burada o, xüsusi bir özəlliyə sahibdir. Yetişmiş balqabaq, dənlənmiş düyü, balaca lobyalar və hisə verilmiş kiçik çapaq ilə birgə tam hazır olana kimi zəif istilikdə bişirilir.

Bundan sonra sehrli ritual baş tutur: balqabaq aralanır və onun içindən canına xoş ətir hoppmuş düyü çıxır. Bu yeməyin dadı yalnız unudulmaz "Mişlenovski” restoranının yeməyi ilə müqayisə oluna bilər. Əgər siz, zərif dadın bilcisisinizsə, o zaman mənim bu sözlərimdən sonra hisə verilmiş balığın ətrini canına çəkmiş portağal rəngli balqabağın şirin dadını artıq duymağa başlamısınız.

Restoranın qonaqpərvər sahibləri, öz ziyarətçilərinin mənəvi maraqlarını da nəzərə alıb. Axşamlar milli kaloriti və ənənəvi musiqi janrı olan muğamı sevən insanlar burada onun improvizasiya edilmiş formalarını da dinləyə bilərlər.  

Azərbaycan mətbəxi bölməsinin yeməkləri və xidməti ilə bağlı bu 4 ay ərzində bizim tərəfdən heç bir narazıçılıq dilə gətirilməyib.

Təəssüf ki, bunu steyk hause bölməsi haqqında demək olmur: gah xidmət axsayır, gah da yemək belə də... Ədalət naminə deyim ki, burada da son dönəmdə müsbət dəyişikliklər baş verib. Son zamanda administirasiya xidmətin keyfiyyətinin yüksəldilməsi üçün bir xeyli iş görüb. Seçilmiş mal ətindən hazırlanmış "Qanlı steyk”lərə gəldikdə, bu gün üçün Bakıda ən yaxşı steyklər burada verilir.

"Steyk haus”da olduğum qısa müddət ərzində mən bütün yeməklərdən dadım. Bütün adları çəkməyəcəyəm, çünki ət yeməklərinin hamısı tərifə layiq idi. Onlar nəinki dadlı idi (açıq havada qızardılmış bütün təzə ətlər onsuz da dadlı olur) həm də, bizim restoranlar üçün nadir keyfiyyət olan düzgün qaydada hazırlanıb.  Bu nüanslardan başı çıxan qurmanlar üçün vacib elementdir. İndi mətbəxin bütün qaydalarına uyaraq hazırlanmış mal ətindən yeməklər üçün xaricə getməyə ehtiyac yoxdur.

Mənə maraqlı gələn yeməklər içərisində indiyəcən bilmədiyim "XO steyk” idi. Öz böyük həcmi və 1200 qramlıq çəkisi ilə adamı heyrətə salır. Bu böyük antirikot yəqin ki, iri həcmli insanlar üçün nəzərdə tutulub. Mən onu tək yeyə bilməyəcəyim üçün özümə tərəfdaş tapan kimi sifariş verdim. Məlum oldu ki, bu yeməyin verilməsinin də xüsusi ritualı var. Əvvəlcə aşbaz onu öz mətbəxində hazırlayır və daha sonra xüsusi hazırlanmış stolunda onu zala gətirir. Beləliklə, yeməyə başlamamışdan əvvəl sizə hiss etdirirlər ki, bu təkcə yemək deyil, həm də ciddi adətdir.  "Hennessy” konyakından yeməyin üzərinə bir az damcıladan aşbaz, daha sonra onu yandıraraq təkcə bizdə deyil, ətrafda oturan digər qonaqlarda da xoş hisslər yaratdı. Bu qısa müddətli alovdan sonra, yemək içkinin xoş ətrini öz canına çəkdi. "XO steyk” adı da məhz buradan götürülüb. Etiraf edirəm ki, bu yeməyin hazırlanmasında belə bahalı  və elit içkidən istifadə edilməsi məndə bəzi şübhələr yaratdı.  Bu həddən artıq israfçılıq deyildi ki...Amma nəticə bütün mümkün gözləntilərin üzərindən xətt çəkdi. Yemək son dərəcə sulu, xoş rahiyəli və dadlı idi. Hissələrə ayırdıqdan sonra onu tərəvəz və kartofla təqdim elədilər. Nuş olsun! Dedikdən sonra aşbaz bizi bu dadlı yeməklə baş-başa buraxdı...

Canıma yayılan bütün dadı və hissləri tam və dolğun ifadə etmək üçün mənim şairlik istedadım çatışmır. Sadəcə bildirim ki, imkanım olan kimi bu yeməyi bir yox, bəlkə də bir neçə dəfə sifariş edəcəm.

Onu da qeyd edim ki, əgər sizin konyakdan xoşunuz gəlmirsə, siz bu və ya digər səbəbdən spirtli içki içmirsinizsə, o zaman,  yeməyi uyğun variantda da sifariş edə bilərsiniz.

"Manqal Setyk Hause” – şəhərimiz üçün nadir olan başqa bir özəlliyini də qeyd etmək istəyirəm. Restoranın menyusunda hər bir ağız dadına uyğun zəngin çaxır növləri də var.

P.S  Gələcəkdə mən, çox şey vəd edən bu məkana bir daha qayıdacağam. Burada olan inkişaf və yeniliklər, uğurlar və uğursuzluqlar haqqında sizi məlumatlandıra və mənim xoşuma gələn yeməklərin şəkillərin paylaşacağam.
 
Elcan Bədəlov
ANN.Az


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol