• $
  • €
  • ₽
  • ₺
  • £

"İndi ya banklar itirməlidir, ya da əhali" - Ekspertdən manat açıqlaması

"İndi ya banklar itirməlidir,  ya da əhali" - Ekspertdən manat açıqlaması
25.02.2015 13:02
 
Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri zamanı manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsindən danışkən qeyd edib ki, manatın əvvəlki qiymətinin sabit qalması Azərbaycan iqtisadiyyatı üçün çox ağır olub. Çünki  Azərbaycan xarici ticari əlaqələr zamanı dollar valyutasından istifadə edir. Manatın məzənnəsinin dollardan yüksək olması iqtisadiyyatımız üçün sərfəli deyildi.
 
 
Prezidentin dünənki çıxışını şərh edən iqtisadçı ekspert Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında bildirib ki, prezident bu addımı atmalıydı: "Çünki dünyada gedən proseslər gec-tez bizə də təsir edəcəkdi. Ona görə də manatın məzənnəsini dollara nisbətən 33.5 faiz aşağı salındı. Amma buna baxmayaraq, sonra hansı proseslərin olacağı barədə indidən proqnoz vermək tezdir. Bu proses - yəni milli valyutanın ucuzlaşması qonşu ölkələrdə də olub. Onlarda bu proses baş verib və hazırda bu problem gəlib öz yerini tutub. Bizdə isə bu problem öz yerini tutub-tutmaması hələ sual altındadır. Çünki bizdə hələ büdcə problemi, sosial problemlər var. Bunların qarşısında o proses davam edəcək (manatın məzənnəsinin dollara nisbətdə ucuzlaşması prosesi - red.) Hesab edirəm ki, bu düzgün olmaz. Çünki birdən-birə 33.5 faiz azaltmağın özü böyük bir hadisədir".
 
 
Dollarla kredit götürən vətəndaşların sonrakı taleyindən söz açan ekspert qeyd edib ki, buna oxşar hadisə qonşu Rusiya Federasiyasında da baş vermişdi: "Onlar vətəndaşlara kömək məqsədi ilə bu işlə əlaqədar xüsusi komissiya yaratdılar və nəticədə vətəndaşların üzərdinə çox da yük düşmədi. Amma bizdə hələ ki belə xüsusi komissiya yoxdur. Bildiyimə görə, Mərkəzi Bankda bununla bağlı hansısa tədbirlər planı həyata keçirilməsi planlaşdırılır. Bu elə bir prosesdir ki, burada ya banklar itirməlidir, ya da əhali. Bu prosesdə hansı yolun seçiləcəyini Mərkəzi Bank hələ açıqlamayıb".
 
 
Əhalinin milli valyutanı dollara çevirməsindən danışan iqtisadçı vurğulayıb ki, əhalinin dollara çox ehtiyacı yoxdur: "Çünki bizdə təxminən 2 milyona yaxın əhali pensiyaçı, aztəminatlı vətəndaşlardır. Bu şəxslər də aldıqları vəsaiti milli valyuta ilə alırlar və onların o qədər çox pulu yoxdur ki, onu da dollara çevirsinlər. Həmin şəxslər heç valyutanı dəyişmək fikrində belə deyillər. Çünki dolların məzənnəsinin artması qiymət artımı ilə nəticələndi və  bu da təbii ki, bir çox sahələrdə xüsusilə ərzaqda, tütün məmulatlarında, içkilərdə artıq özünü göstərir. Amma yerli məhsullarda isə qiymət artımı gözlənilmir.  Dollar ən çox iri sahibkarlar lazımdı. Çünki onlar xaricdən xammal, maşın, texnika alırlar və bunların hamısı dollar valyutası ilə həyata keçirdilər. Və onların burdakı qazancı isə manatla olur. Ona görə də daha çox dollar valyutası həmin şəxslərə lazımdır. Çünki hazırda onlar manatla iş görsələr, çox uduzacaqlar. Təbii ki, bu da heç bir sahibkar üçün əlverişli deyil".
 
 
Manatın sabitqalma ehtimalından danışan ekspert bildirib ki, əslində manatın məzənnəsini hökümət deyil, birja müəyyən etməlidir: "Amma biz manatın sabit qalması üçün yatırımlar edirik. Bu da bazar iqtisadiyyatına ziddir. Hökümət də məcbur olub bu addımı atmışdı. Yəni yatırım etməklə manatın məzənnəsini saxlamış, bunu etməkdə əsas məqsəd əhalinin vəziyyətini, güzəranını pis vəziyyətə salmamaq idi. Amma bu da ölkədə iqtisadi göstəriciləri lap pisləşdirdi. Çünki neftin qiyməti aşağı düşüb, gəlirlər azalıb belə bir şəraitdə manatı sabit saxlamaq olmurdu. Hökümətin bu addımının məqsədi manatın kütləsini artırmaqdı. Amma mən belə düşünmürəm. Çünki əhali arasında manata qarşı olan inam çox azalıb".
 

Orxan Aslanlı
ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol