• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox qiymət artımı bu avtomobillərdə olacaq - EKSPERT

Ən çox qiymət artımı bu avtomobillərdə olacaq - EKSPERT
29.05.2020 02:05
Dolların məzənnəsinin manata nisbətdə artmasından sonra avtomobil bazarında da qiymət artımı hiss edildi. Bundan sonra ölkəyə bahalı avtomobillər gətiriləcəkmi? Yaxud ölkəyə daha çox haradan avtomobil gətiriləcək? Rusiya istehsalı olan "Vaz" markalı avtomobillərin çoxluğu yenidən ölkədə hiss ediləcəkmi? Dolların məzənnəsininn artmasından sonra avtomobillər hansı qiymətə satılacaq? İstifadə olunmuş ikinci əl avtomobillərin qiymətində artım müşahidə ediləcəkmi?

 

İqtisadçı ekspert Vüqar Bayramov ANN.Az-ın əməkdaşının suallarının cavablandırarkən bildirib ki, dolların məzənnəsinin artması ilə əlaqədar avtomobil bazarında da qiymət artımı hiss olunub: "Nəzərə alsaq ki, ölkəyə gətirilən avtomobillər dollar və avro ilə alınır. Bu zaman artımın olması da təbiidir. Ölkəyə əvvəllər Avropadan, Amerikadan maşın gətirilirdisə, həmin avtomobillər ordan ucuz qiymətə alınır və burada həmin satıcı özü istədiyi kimi qiyməti tənzimləyə bilirdi. Amma indi dünyadakı iqtisadi prosesləri və ölkədəki vəziyyəti nəzərə alanda, həmin satıcının avtomobili satmaqda işi bir az da çətinləşəcək. Belə proseslərin baş verdiyi vaxt avtomobil bazarında alıcı qıtlığı daha çox yaşanacaq". 

 

Qiymət artımının avtomobil bazarına ciddi fəsadlar yaradacağından söz açan iqtisadçı qeyd edib ki, bu hal bazarda həm tələb, həm də təklifin azalması ilə müşahidə olunacaq. Beləliklə, avtmobil bazarında ciddi durğunluq yaşanacaq.  

 

Ekspert bu prosesi avtomobil satıcıları üçün keçid dövrü hesab edir: "Yəni bu dövr nə qədər çətin olsa da, bütün satıcılar üçün bir keçid dövrüdür. Satıcılar belə məqamda xaricdən avtomobil gətirməkdə bir az fasilə verəcəklər". 

 

Eyni zamanda ekspert vurğulayıb ki, istifadə olunmuş ikinci əl avtomobillərinin qiymətində isə dəyişiklik edilməyəcək: "Çünki köhnə avtomobillər xarici ölkədən dollarla alınıb, ölkədə də dollarla satılırdı. Amma bu yeni avtomobillərə aid deyil. Çünki həmin avtomobillər xarici ölkədən dollarla alınıb, ölkəmizdə manatla satılırdı. Məhz ən çox da qiymət artımı yeni avtomobillərdə hiss ediləcək. Ölkəyə ən çox avtomobil Rusiya, Gürcüstan, Almaniya kimi ölkələrdən gətirilir. Rusiya avtomobilləri nəzərə alsaq ki, ölkəmizdə daha çoxdu və bu çoxluq yenə də ölkəmizdə hiss olunacaq. Çünki Rusiya istehsalı olan yeni avtomobillər digər ölkələrdən gətirilən avtomobillərdən daha ucuzdu". 

 

Qiymət artımından sonra ölkəyə bahalı qiymətə avtomobillər gətirilməsindən danışan iqtisadçı deyib: "İnanmıram ki, bu hallardan sonra ölkəyə bahalı avtomobillər gətirilsin. Çünki yanvar ayında qəbul olunmuş aksiz vergilərinin artırılması və dolların məzənnəsinin artmasının qiymət artımına təsir etməsi hallarından sonra, heç bir satıcı bahalı və yaxud mühərrik həcmi daha böyük olan avtomobilləri ölkəyə gətirməyəcək. Çünki bu onlar üçün heç də sərfəli olmayacaq". 

 

Orxan Aslanlı

ANN.Az

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol