• $
  • €
  • ₽
  • ₺
  • £

Çinarə Əlizadə: "Səhnəki hər çıxışımda xoş hisslər keçirirəm" - MÜSAHİBƏ

Çinarə Əlizadə:  "Səhnəki hər çıxışımda xoş hisslər keçirirəm" - MÜSAHİBƏ
25.02.2015 15:56
ANN.Az-ın budəfəki qonağı Rusiyanın Böyük Teatrının solisti, azərbaycanlı aktrisa Çinarə Əlizadədir. Oxuculara onunla müsahibəni təqdim edirik:  

- Çinarə xanım, balet sizin öz seçiminizdir? Yoxsa kənardan müdaxilə olub?

- Sözsüz ki, şəxsi seçimimdir. Amma onu da nəzərə alaq ki, baletə çox erkən yaşımdan başlamışam – o vaxt mənim 4 yaşım vardı və yaşda bu seçimin tam dərk olunduğunu deyə bilməzdim. Əgər valideynlərim məni dəstəkləməsə idi, yəqin ki, mən bu seçimi etməzdim.

- Uşaqlıq fotolarına baxdıqda sizin idmançı görünüşlü olduğunuz görünür. Aktiv oyunları sevirdiniz?

- Uşaqlıqda çox aktiv idim və hərəkətli oyunları sevirdim. Bunun nəticəsi idi ki, valideynlərim məni fiqurlu konki sürməyə yazmışdılar. Daha sonra məni xoreoqrafiyaya keçirdilər. O zaman mənə buzun üzərində hərəkət etmək narahat idi və soyuq olduğundan fiqurlu konkisürən olmadım (gülür)  

- Bəs Böyük Teatra daxil olmaq necə mümkün oldu? Axı orda rəqabət çox güclüdür.

- Keçid imtahanından sonra mən ən yaxşılardan biri kimi, Böyük Teatrın truppasına seçilmişdim. Amma mənim ora düşməyimdə başlıca faktor, Moskvada keçirilən balet aktyorlarının xoreoqraf yarışında qızıl medal almağım oldu.  

- Həyatda ən çox təsirləndiyiniz və ondan çox şey öyrəndiyiniz müəllim olubmu?


- Hesab edirəm ki, mənim balerina olma dönəmimdə hər bir müəllim mənə çox dəyərli və vacib nəsə verib. Onlar mənim inkişafımda və şəxsiyyət kimi formalaşmağımda ciddi rol oynayıblar.

Müəllimlərimin ən birinə çox sağ olsunlar deyirəm. İlk dərs illərindən başlayaraq mənim bu peşəni sevməyimdə Kavalenko L.V, İvanova M.Q, böyük sinfə  keçdiyimdə isə Litavkina L.S, Arxipova H.V rolu böyük, zəhmətləri çox olub. Və sözsüz ki, mənə ən çox təsir edən Rus Teatrının əməkdar artisti, Böyük Teatrın aparıcı balerinası, əla müəllim və insan olan Speranskaya H.H olub.

- Səhnəyə çıxdıqda həyəcan hiss edirsiniz? Əgər cavab bəllidirsə, o zaman deyin görək bununla necə baş edirsiniz? Siz təbiətən necə birisiniz?

- Səhnəyə hər çıxışımda, mən xoş həyəcan duyuram. Bu həyəcan oynayacağım rəqsin gətirdiyi bir duyğudur. Amma rəqsə balşayan kimi mən rəqsə dalır və həyəcanım dərhal yoxa çıxır.  



- Siz, ən müxtəlif partiyaları oynayırsınız və sizin qəhrəman öz xarakteri, temperamenti, həyata baxışı və inancları ilə fərqlənir. Siz bütün bu qəhrəmanların yerində olmağı necə bacarırsınız? Və ən çox sevdiyiniz qəhrəman hansıdır?

- Bəli, doğrudan da çoxprofilli xarakterləri oynayıram. Qəhrəmanlarım isə hər oyuna görə fərqli xarakterdə olur. Mən bu qəhrəmanların həqiqi təbiətini anlamaq və onların dünyasına düşmək üçün mən müvafiq ədəbiyyatı oxuyur, bu rolların ən müxtəlif ifa olunma biçimlərinə baxır, özümə yaxın olanı seçir və bir sözlə, bütün mümkün resurslardan istifadə edərək həmin obrazın həqiqi təbiətini açmağa çalışıram.

- Sizin gündəlik iş qrafikiniz dəqiqələrə bölünüb. Bilmək istərdim ki, siz bütün gün ərzində nə ilə məşğul olursunuz? Və xüsusən də premyeraya hazırlıq vaxtı məşqlər necə keçir?

- Günüm səhər qəhvəsi ilə başlayır (gülür). Daha sonra saat 11:00-dan başlayaraq dərs və  məni məşqə hazırlayan isinmə hərəkətləri edirəm. Mən rəqs edəcəyim teatrda məşq edirəm. Əgər həmin dönəmdə mənim şəxsi qastrol səfərlərim varsa, o zaman axşamlar da mən əlavə məşqlər edirəm.

Əgər axşam tamaşa olacaqsa, yalnız səhərlər məşq edirəm və özümü axşama hazırlayıram. Amma əgər premyera öncəsi quruluşlar verilirsə, o zaman mən saat 19:00-a kimi məşq edir, ardından dərhal səhnəyə çıxır və heç nə olmamış kimi rəqs edirəm!!!




- Çinarə Əlizadənin şəxsi həyat prinsipi...
 
- Mənim həyat prinsipim – vicdanlı, əməksevər, məqsədyönlü, inadçı olmaq və ətrafla harmoniya şəklində yaşamaq (gülümsəyir).

- Balet aktrisaların dediyi kimi, bu incəsənətdə çoxlu professional zədələr olur. Sizin praktikada bu olubmu?

- Birinci zədəmi mən elə ilk balet yarışında almışam. Amma buna baxmayaraq, axıra kimi oynadım və hətta qələbə də qazandım!

Daha sonra teatrda işlədyim vaxtlarda, premyera öncəsi quruluşlar vaxtı vətər yırtılması yaşadım. Bu adi tələbəlikdən aktrisalığa keçid dövrü deyildi. Mən fiziki olaraq yüklənmişdim. Çünki həmin vaxt mənə həvalə edilən kordebalet aktrisalığını və solo ifanı bir-birinə qarışdırmışdım. Amma xoşbəxtçilikdən mən sağaldım və premyerada rəqs edə bildim. Ümumilikdə götürsək, bizim peşəmizdə çoxlu fərqli zədələnmə halları olur. Biz də insanıq və hər şey ola bilər!

- Siz artıq on ildən çoxdur ki, Böyük Teatrın səhnəsindəsiniz. Bu qədər məsuliyyətli işi yerinə yetirmək üçün enerjini hardan alırsınız? Sizə baxdıqda, adamda belə təəssürat yaranır ki, sanki siz yorulmursunuz...
 
- Enerji toplamaq və yeni həyəcanla baletə atılmaq üçün ondan müəyyən qədər aralı düşmək də  lazımdır. Mən dostlarımla görüşür, kinoya və ya hər hansısa foto və rəsm sərgisinə gedirik. Dram teatrlarına getməyi çox sevirəm, amma işimin çoxluğundan, buna çox da vaxt ayıra bilmirəm. Axşamlar əhvalımdan asılı olaraq, caz kluba və ya hətta rok konsertlərə getməyi sevirəm. Və son olaraq, əgər işinizi sevirsinizsə, o zaman yorğunluq nədir bilməyəcəksiniz (gülür).

 - Siz tez-tez Azərbaycana qastrol səfərlərinə gəlirsiniz. Azərbaycan Opera və Balet Teatrında çıxış etmək sizin üçün nə deməkdir? Siz səhnədə çıxışdan və Bakı tamaşaçılarından razısınızmı? Bakılı və rus tamaşaçısı nə ilə fərqlənir?
 

- Mən Bakıda çıxış etməyi sevirəm. Bakı səhnəsi mənə çox rahatdır. Tamaşa vaxtı zalda olanlar həyəcanla mənim çıxışımı gözləyir. Onlar məni harada və necə dəstəkləmək lazım olduğunu bilir. Bu isə aktrisalar üçün çox önəmlidir.

- Yəqin ki, siz Bakıda gedən dəyişiklikləri görürsünüz. Günü-gündən  dəyişən Bakı haqqında nə düşünürsünüz?  

- Hər dəfə mən bu günəşli, möcüzəvi və qonaqpərvər şəhərə gələndə, yeni arxitektur dəyişikliklərin müşahidə edirəm. Burada o qədər yeni, müasir binalar tiklib ki, Bakını Dubayla və digər müasir şəhərlərlə müqayisə edirlər.

- Siz, hansı dünya səhnəsinə çıxış etmək və hansı partiyanı oynamaq istərdiniz?

- Artıq dünyanın bir çox səhnəsində çıxış etmişəm. Amma buna baxmayaraq, o qədər də çox fərqli rollar oynamamışam və hər zaman yeniliyə və yeni obrazlara açığam. Həm də müasir səhnə quruluşları ilə maraqlanıram. Mənim üçün əsas olan hansısa səhnə deyil, bütün dünya tərəfindən daima ehtiyacı duyulan aktrisa olmaqdır (gülümsəyir)!

- Sizin çox fotogeniksiniz. Sizə reklamlarda və ya məşhur jurnallarda çəkilmək dəvətləri gəlirmi?

- Azərbaycan jurnallarında bir neçə foto çəkilişlərim olub. Çünki öz ölkəmdə daha çox tanınıram. Mövzuya uyğun olaraq rus jurnallarında da çəkilişlər olub. Bundan başqa məni müasir paltarların təqdimatında model kimi dəvət ediblər.



- Siz təbiətən yaradıcı insansınız? Sizin ailədə, sizdən başqa incəsənət insanı var?

- Əslinə qalsa, mənim bütün ailəm yaradıcı insanlardır! Mənim atam və anam müsiqi məktəbini bitirib. Bacım da, musiqi təhsilindən əlavə interyer dizayneri və ornementalistdir. Bizim ailədə yaradıcı insanlar artıq aşıb-daşır (gülür)!

- Balerinaların məzuniyyəti olurmu? Siz səyahəti sevirsinizmi? Əgər sevirsinizsə, axırıncı olduğunuz ölkə hara idi?

- Təbii ki, bütün normal insanlarda olduğu kimi balerinanın da məzuniyyəti olur. Əsasən bu bir ay çəkir, amma hər kəs onu öz çıxışından asılı olaraq tənzimləyir. Mən səyahəti çox sevirəm və mənim peşəm də buna imkan verir. Hərdən sənin elə ölkə və şəhərlərdə olmaq şansın yaranır ki, bəlkə də heç zaman orada olmayacaqsan...


- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Necə istirahət etməyi sevirsiniz? Sizin xobbiniz varmı?

- Keçən il bizim teatrın Nyu Yorka qastrol səfəri oldu. Sezonun bitməsindən istifadə edib mən Mayami çimərliyinə getdim və çox əla bir istirahət keçirdim.

- Balerinalıq sənətinin zamanı uzun deyil. Siz balerina karyeranızın bitməsindən sonra nə ilə məşğul olmağı planlayırsınız?


- Düşünürəm ki, karyeramı bitirdikdən sonra dərs deyəcəm. Öz rəqs studiyamı açmaq lap əla olardı. Bəlkə də yeni nəsə peşə öyrəndim. Gələcək necə olacaq dəqiq bilmirəm, bunu zaman göstərəcək.

- Gələcəklə bağlı planlarınızı bizimlə bölüşərdiniz? Ailə qurmağı düşünürsünüz?


-Ailə qurmağı bütün qadınlar istəyir. Sözsüz ki, məndə bunu istəyirəm. Amma həm də hesab edirəm ki, xüsusi olaraq bu haqqda düşünmək lazım deyil, hər şey öz təbii axarı ilə baş verməlidir.



- Çinarə xanım, müsahibə üçün çox sağolun. Sizə yaradıcılığınızda uğurlar arzu edirəm və təbi ki, sizin növbəti Bakı qastrollarınızı gözləyirik.

- Sağ olun!

Rüstəm Qasımov
ANN.Az





Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol