• $
  • €
  • ₽
  • ₺
  • £

Onurğaya zərər verən 7 vərdiş

Onurğaya zərər verən 7 vərdiş
05.03.2015 22:10
Yaşam səviyyəsinin aşağı düşməsinə, xüsusilə bel, kürək və boyun ağrılarına səbəb olan onurğa xəstəliklərindən qorunmaq üçün diqqət etmək lazımdır.
 
Günümüzün ən geniş yayılmış şikayətlərinin başında bel və boyun ağrıları gəlir. Belə ki, duruş qüsurları, hərəkətsizlik və artıq kiloqramlara görə hətta ən gənc adamların hərəkətləri məhdudlaşır, ən adi işləri də görmək çətinləşir.

ANN.Az onurğaya zərər verən 7 davranışın nə olduğunu oxuculara təqdim edir:

 
1. Hərəkətsiz həyat tərzi

İnkişaf edən texnologiyanın təsirilə 7-dən 70-ə qədər  insanlar arasında hərəkətsiz həyat tərzi getdikcə genişlənir. Hərəkətsiz həyat tərzi onurğaya tam mənası ilə zərbə vurur. Ona görə də daha çox hərəkətli olmaq vacibdir.
 
2. Artıq kilolar

Artıq kilo onurğa disklərində təzyiqin və yükün artmasına səbəb olur və müalicəsini də çətinləşdirir. Bel, kürək və boyunlarında ağrı olan adamlar mütləq artıq kiloqramlardan yaxa qurtarmalı və nizamlı yürüş etməli, onurğaya yüklənən ağırlığı ilə azaltmalıdır.
 
3.Yumşaq yataq

Bəzən televiziya qarşısında oturarkən yumşaq kresloda uzanmağı, yaxud oturmağı və saatlarla eyni yerdə qalmağı sevirik. Amma səhv edirik. Çünki istərsə oturmaq, istərsə də yatmaq üçün yumşaq yataq onurğa sağlamlığı üçün son dərəcə zərərlidir. Düzgün yataq seçimi ağrılarla mübarizədə ən yaxşı müalicələrdən biri hesab olunur. Dizlərin arasına və altına yastıq qoymaq da onurğaya düşən ağırlığı azaldır.
 
4. Uzun müddət ayaqda qalmaq


Uzun müddət ayaqüstə qalmaq da onurğa disklərinə təzyiqi artırır. Bu zaman disklər ağır zədə alır və bel-boyun mənşəli ağrılar daha tez-tez görünür. Mütəxəssislər qeyd edirlər ki, hətta ütü edərkən belə üstünlük verdiyimiz ayağımızı tez-tez dəyişdirmək lazımdır.
 
5. Dizi bükmədən önə əyilmək


Edilən ən böyük səhvlərdən biri də dizlərimizi bükmədən önə doğru əyilməkdir. Çünki bu halda da bel və boyun hissəmizdəki disklərə 6-7 dəfə artıq təzyiq düşür. Yerdən bir şey almağımız lazım olanda dizimizi bükərək əyilmək çox əhəmiyyətlidir.
 
 6. Uzun müddət eyni vəziyyətdə oturmaq

Son zamanlar ofis şəraitində çalışan işçilər uzun müddət eyni vəziyyətdə otururlar. Bu zaman da yadda saxlamaq lazımdır ki, onurğaya, belə, boyuna zərbələr düşür. Ona görə də mütəxəssislər ofis şəraitində çalışan işçilərin hər 20-30 dəqiqədən bir ayağa durmasını, hərəkət etməsini məsləhət görür.

7. Çox hündür dabanlı ayaqqabı

Uzun müddət müxtəlif modeli hündürdaban ayaqqabılarla gəzmək, onları ayaqda saxlamaq da onurğa sürünuna zərbə vurur. Ayaqların rahat bir mövqedə olması və önə doğru təzyiq edilməməsi lazımdır. Əks halda bel, bud və dizlərdə struktur qüsurları ortaya çıxar və xroniki ağrılar başlayar.

Hazırladı Nuray
ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol