• $
  • €
  • ₽
  • ₺
  • £

"Putinin hakimiyyətdən kənarlaşdırılması, tənəzzül prosesini sürətləndirəcək" - Zərdüşt Əlizadə

"Putinin hakimiyyətdən kənarlaşdırılması, tənəzzül prosesini sürətləndirəcək" - Zərdüşt Əlizadə
16.03.2015 15:05
Son zamanlar qərb və rus mətbuatında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin xəstələnməsi səbəbindən ortalarda görünməməsi, ya da onun islam dinini qəbul etməsi barədə yazılar dərc olunur. Belə xəbərlərin dolaşmasının mahiyyətində dayanan nədir? Nə üçün belə xəbərlər yaranır? Bu və ya digər fikirlərin araşdırılması üçün tanınmış politoloq Zərdüşt Əlizadə ANN.Az-a açıqlama verib.
 
Politoloq Rusiya dövlət başçısının yoxa çıxması haqda deyilənlərin sadəcə ehtimal olduğunu dedi: "Amma birmənalı şəkildə Putinin yoxa çıxdığını demək düzgün olmaz. Bu, sadəcə Rusiya prezidenti haqqında deyilən ehtimallardan biridir. Əvvəla, Putin Rusiya dövlətinin başçısıdır, o, icraedici hakimiyyətə daim başçılıq edir və ona nəzarət edir, bu sistemin də üzvləri Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) zabitləridir və onlar da istəməz ki, Putin hakimiyyətdən getsin. Çünki Putinin hakimiyyətdən getməsi onların cəmiyyətdəki mövqeyini zəiflədə bilər. Rusiya prezidenti haqqında bu kimi ehtimalların ümumiyyətlə həqiqət olduğuna inanmıram". 
 
Zərdüşt Əlizadə uzun illərdir ki, Rusiya dövlətinin çökəcəyini təkrarlıdığını dedi: "Bütün parametrlərə görə bildirirəm ki, Rusiya həyatda qalası dövlət deyil, tənəzzülə gedən, dağılan bir dövlətdir. Ola bilsin ki, Putinin hakimiyyətdən kənarlaşdırılması, bu tənəzzül prosesini daha da sürətləndirəcək". 
 
Putinin islam dinini qəbul etməsi məsələsinə toxunan politoloq vurğulayıb ki, əvvəla Putinin müsəlmanlığı qəbul etməsi inandırıcı deyil: "Çünki Putin xristian dövlətinin başçısıdır və Rusiyada müsəlmanların sayı cəmi 20 milyondu. O siyasi baxımdan da müsəlmanlığı qəbul edə bilməz. Çünki bu addımın atılması Putin üçün əlverişli deyil". 
 
Orxan Aslanlı
ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol