• $
  • €
  • ₽
  • ₺
  • £

Üzeyir Hacıbəyli: Məzhəkə - E-kitab

Üzeyir Hacıbəyli: Məzhəkə - E-kitab
16.03.2015 22:50
Oxucularımıza görkəmli Azərbaycan bəstəkarı, yazıçı-publisisti Üzeyir Hacıbəylinin hekayəsini təqdim edirik. 

HEKAYƏ

Kәndlinin biri buğdasını, baramasını aparıb bazarda dәyәr-dәymәzinә satıb bir dәnә at, bir dәnә eşşәk vә әyninә dә bir dәst paltar alıb, evinә tәrәf gedirdi....
Bir nәfәr bәy bunu gendәn gördü vә tәәccüb elәdi ki, kәndlinin hәm atı var, hәm dә eşşәyi. Daldan kәndliyә yaxınlaşıb başına elә bir qapaz saldı ki, kәndli ancaq bir saatdan sonra ayıla bildi vә ayılandan sonra da baxıb gördü ki, eşşәk yoxdur.

Yasavul kәndlinin atına baxıb şikayәtinә qulaq asdı, amma şikayәt "haqqı"az olduğuna görә, kәndliyә bir neçә dәnә qamçı çәkdi vә dedi:

- Bağla atını burada, get әtrafı gәz, bәlkә eşşәyin tapıla.

Kәndli atını yasavula tapşırıb, eşşәyi axtarmağa getdi. Çox gәzdi, çox dolandı, hәrçәnd bәyin qapısında bir eşşәk gördü ki, öz eşşәyinә çox oxşayırdı, amma o cürә şeylәri fikrinә gәtirmәyә cürәt elәmәdi.

Vә qayıtdı ki, bәlkә yasavul bir kömәk elәyә, amma nә yasavuldan vә nә atdan bir nişan da görmәdi.

Kәndli xofa düşdü, elә bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklәdi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır.

Bikef vә bidamaq bir çayın qırağında oturub evinә qayıtmağa utanırdı. Gördü ki, bir nәfәr sarıqlı gәlir. Kәndli durub ikiqat әyildi vә yenә bidamaq yerinә oturdu. Sarıqlı dedi:

- Nәdir ki, belә bidamaqsan?

Kәndli ağlaya-ağlaya әhvalatı nәql elәdi.

Sarıqlı bunun tәzә libasına diqqәt yetirib dedi:

- Mәn sәnә әlac edәrәm.

Yazıq kәndli şadlığından bilmәdi ki, nә qayırsın, özünü yıxdı sarıqlının ayağına. Sarıqlı dedi:

- Sәnin atını da, eşşәyini dә cin oğurlayıbdır vә cin dә sәnin bu libasındadır. Ona görә bu libası ovsunlamaq lazımdır. Vә illa başına çox bәlalar gәlәr.
Kәndli cin adını eşidәn kimi dәlitәk paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu vә dedi:

- Bir qәdәr yat.

Onsuz da it kimi yorulmuş kәndli başını yerә qoyan kimi yuxu basdı vә yuxusunda gördü ki, eşşәyi dә, atı da tapılıb, kişnәyә-kişnәyә bunun yanına çapırlar. Kәndli sevindiyindәn elә çığırdı ki, öz sәsinә oyandı vә oyanıb gördü ki, nә sarıqlı var, nә paltar.

Binәvanı dәhşәt basdı. Әlinә bir çomaq alıb özünü qoruya-qoruya kәndinә yetirdi. Xalq yığılıb dedilәr ki, a kişi, dәli olubsan nәdir? Lüt gәzib özünü qoruyursan?
Dedi:

- Atımı oğurladılar, eşşәyimi oğurladılar vә paltarlarımı oğurladılar. İndi qorxuram ki, özümü dә oğurlayalar.

Kultura.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol