• $
  • €
  • ₽
  • ₺
  • £

"Mərkəzi Bank qoyduğu qaydanı özü pozur" - Ekspert

"Mərkəzi Bank qoyduğu qaydanı özü pozur" - Ekspert
17.03.2015 11:56

 

Mərkəzi Bank 2015-ci ilin yanvar ayının hesabatında açıqlayıb ki, Azərbaycanda fəaliyyət göstərən 4 bankın məcmu kapitalı 50 milyon manata çatmayıb. Xatırladaq ki, qurum məcmu kapitalı 50 milyondan aşağı olan bankların ya bağlanacağı, ya da kredit təşkilatına çevriləcəyi xəbərdarlığını yollamışdı və banklara 2014-cü ilin sonuna kimi vaxt vermişdi. Amma indiyə kimi heç bir bank bağlanmayıb və ya barəsində ölçü götürülməyib.
 
Mərkəzi Bank niyə hələ də kapitalı az olan bankları bağlamır? Əgər bu 4 bank bağlanarsa, bu, bank sektoruna necə təsir edəcək? Bağlanacaq banklardakı əmanətlərin sonrakı taleyi necə olacaq? Bu sualları cavablandırmaq üçün iqtisadçı-ekspert Samir Əliyevə müraciət etdik.
 
İqtisadçı ekspert ANN.Az-a açıqlamasında indiki dövrün banklar üçün həssas dövr olduğunu bildirdi: "Hansısa bankın bağlanması, ümumiyyətlə, bank sektoruna ciddi zərbədir. Hər hansı bir problem isə ölkə iqtisadiyyatına təhlükə törədə bilər. Belə bir vəziyyətdə Mərkəzi Bankın bu cür qərarı, yəni 50 milyon məcmu kapitalı olmayan bankların bağlanması qərarı müəyyən qədər anlaşılandı".
 
Ekspertin fikrincə, buna baxmayaraq, Mərkəzi Bank qoyduğu qaydanı özü pozur: "50 milyon məcmu kapitalı az olan banklar ya bağlanmalı, ya da kredit təşkilatlarına çevrilməli idi. Amma Mərkəzi Bank qoyduğu qaydaya özü əməl etmir. Xatırladım ki, bu qərarı Mərkəzi Bank 2012-ci ildə verimişdi. Əgər Mərkəzi Bank öz qoyduğu qaydaya əməl etsəydi, həmin dövrdə 15-ə qədər bank bağlanmalı idi. Bundan sonra Mərkəzi Bank yenə bir müddət vaxt verdi və bu vaxt ərzində xeyli bank öz məcmu kapitalını yenidən bərpa edə bildi. İndi isə Mərkəzi Bank hesabatında göstərdiyi kimi, 4 bank məcmu kapitalını 50 milyona çatdıra bilmir. Buna görə də həmin bankların bağlanma ehtimalı var. Bu dörd bankdan birinə, Pakistan Milli bankının Bakı filialına yenidən möhlət verildi. Yerdə qalan banklar da öz kapitallarını artırmaqda davam edirlər ki, fəaliyyətləri dayanmasın. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən bankların sayı 45-dir. İqtisadçı kimi deyə bilərəm ki, bankların sayının bu qədər olması çoxdur. Ölkəmizdə 20-25 bankın fəaliyyət göstərməsi kifayət idi".
 
Samir Əliyev məcmu kapitalını 50 milyon manata çatdıra bilməyən banklar bağlanarsa, bank əmanətçilərinin sonrakı vəziyyətinin necə olacağına da münasibət bildirdi: "Ümumiyyətlə, bank sektorunun bağlanması ilk olaraq əmanətçilərin əmanətlərinin necə qaytarılması problemini aktuallaşdırır. Bunun üçün də əmanətlərin sığortalanmasına bank əmanətçiləri əməl etməlidir. Əmanətlərin sığortalanma fondu banklarda əmanətlərin sığortalanmasını 9%-dən 12%-ə qədər artırdı. Əgər əmanətçilər bu addımı atsalar, sığorta fondu əmanətin bir hissəni ödəyəcək. Yəni 60%-ə qədər əmanətlər bu yolla xilas oluna bilər. Yerdə qalan 40% isə artıq bu bankın özündən asılı olacaq. Əgər bankın vəziyyəti normaldırsa, əmanətlərin yerdə qalan hissəsini qaytaracaq. Yox əgər qaytara bilmirsə, əmanətlərin qalan hissənin taleyi sual altında qalacaq”.
 
Orxan Aslanlı
 
ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol