• $
  • €
  • ₽
  • ₺
  • £

Ölən idmançının atası: “Günahkar oğlumun özüdür” - VİDEO

Ölən idmançının atası: “Günahkar oğlumun özüdür” - VİDEO
29.03.2015 13:03
"Oğlumun ölümünün əsas səbəbkarı özüdür. Günah ancaq onun özündə olub. Bu bir idman növüdür. Ora çıxanlar da özlərini sınayırlar. Oğlum da özünü sınadı və öldü”.

Bunu AzVision.az-a açıqlamasında Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı dünyasını dəyişən idmançı Ramin Zeynalovun atası Əliabbas Zeynalov deyib. O, övladının yarışda iştirak etməsinə razılıq vermədikərini söyləyib:

"Oglum həmin yarışa öz istəyi ilə könüllü getdi. Biz valideyn olaraq onun bu yarışda iştirak etməsinə razılıq vermirdik. Mən icazə vermədim, amma o getdi və öldü”.

Ə.Zeynalov daha sonra qeyd edib ki, oğlu yarışa çıxmazdan əvvəl tibbi yoxlamadan da keçib:

"Oğlumun yarışa çıxmazdan əvvəl tibbi yoxladan keçdiyini deyirlər. Onun cənazəsini heç kəs müşayiət eləmədi. Allah hamının köməyi olsun”.

Mərhumun qardaşı Rəhman Zeynalov Raminin idmanda böyük uğurlar qazanmaq istədiyini deyib.

"Qardaşım həvəskar yarışçı olub. O, hərbi xidmətə getməmişdən öncə çoxlu məşq edirdi. Taekvando üzrə qara kəmər alıb. Daha sonra o, Kikboksing üzrə ikinci dərəcli mükafata layiq görülüb. Muay-Tay idman növündə də qələbələr qazanıb. Qardaşımın dördüncü məşğul olduğu idman növü qaydasız döyüş olub. O, bu yarışa çox da peşəkar formada hazırlaşmamışdı. Amma mənim qardaşım həqiqətən də əsil idmançı idi. Ramin iştirak etdiyi yarışlarda 11 medal qazanıb. O, ölkədaxili yarışlarda birinci və ikinci yerləri də tutub”.

R. Zeynalov həmçinin qeyd edib ki, qardaşı həmin yarışa medal qazanmaq üçün qatılmayıb: "Qardaşımın öldüyü videoya da baxmışam. Burda sırf günahkar yoxdur. O, öz razılığı ilə yarışa qatılıb. Valideynlərimiz Raminə yarışa getmə dedilər. Amma onun bu yarışa həvəsi olduğu üçün ora getdi. O, sırf özü üçün yarışda iştirak elədi. Qardaşım medala görə o yarışa çıxmamışdı. Onun məqsədi yarışda yer tutmaq idi. O, idman sahəsində irəliləmək istəyirdi. Mən özüm dövlət qulluqçusuyam. 13 ildir ki, polis sistemində işləyirəm. Raminin ortancıl qardaşıyam. O, bizim ən balaca qardaşımız idi. Qardaşım həmin yarışda iştirak etmək üçün qeydiyyata dayandığını heç kəsə deməmişdi. Birdən onun dostu anamıza dedi ki, Ramin həmin yarışa gedəcək. Biz onun mütəmadi olaraq məşqə getdiyini bildirdik. Amma bu yarışa gedəcəyini bilmirdik. O, gənc idi. Bir az dikbaş idi. Mən Raminə deyirdim ki, sənin ailən var, bu yarışlara getmə. O da mənə həvəsinin olduğunu söyləyirdi. Ramin pula görə o yarışa çıxmayıb. Allaha şükür onun şəxsi evi, maşını da var. Onun çox gözəl ailəsi var. Raminin pula ehtiyacı yox idi. Qardaşımız bizə balaca qız övladını yadigar qoyub getdi”.

R. Zeynalovun sözlərinə görə, qardaşının heç bir xəstəliyi olmayıb: "O, tam sağlam idi. İçki içmirdi, siqaret də çəkmirdi. O, zərərli hərəkətlərdən də kənar olub. Amma burda ölüm işi olub. Prokurorluq onun ölüm səbəbini araşdırır. Dövlət strukturu bu işin axırına çıxacaq və hər şeyi araşdırıb açıqlayacaqlar”.

R. Zeynalov qardaşının döyüşdüyü sumqayıtlı idmançıdan da söhbət açıb: "Qardaşımın sumqayıtlı rəqibi bizimlə heç bir əlaqə saxlamayıb. Fedarasiyanın prezidenti, idmançılar onun dəfnində iştirak etdilər. Amma Raminin sonuncu yarışdakı rəqibi tərəfindən bizə heç başsağlı zəngi də edilməyib. Onlar gərək heç olmasa başsağlığı verərdilər. Amma bu döyüşdür. Həmin idmançı da qardaşımı silahla, bıçaqla vurmayıb, döyüşüblər. Hüzr sahibinə başsağlığı verilməli idi”.

Qeyd edək ki, martın 27-də Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı ölüm hadisəsi baş verib. Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalov döyüş vaxtı ölüb.

ANN.Az
 
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol