• $
  • €
  • ₽
  • ₺
  • £

Diş çürüklərinin qarşısını almaq üçün 12 QIZIL QAYDA

Diş çürüklərinin qarşısını almaq üçün 12 QIZIL QAYDA
30.03.2015 16:40
Ağız boşluğunun sağlamlığınını qorunmasının başında dişlər çürüməsinin qarşısının alınması gəlir. Məhz bunun üçün sizə mütəxəssislərdən təklif olunan 12 qızıl qaydanı təqdim edirik. ANN.Az həmin qaydaları oxucularının diqqətinə çatdırır:

1. Dişlər müntəzəm olaraq səhər və axşam - gündə 2 dəfə doğru formada fırçalanmalı və diş ipindən istifadə olunmalıdır.

2. Yemək artıqları dişlərin çeynəmə səthində, dişlərin bir-birinə dəydiyi ara səthlərdə və dil üzərində yığılıb qaldığı üçün diş fırçaları kiçik başlıqlı olmalı, ağız gigiyenası bu fırçalarla qorunmalıdır.

3. Diş fırçası orta sərtlikdə, həm də yumşaq tüklü olmalı və 3-4 aydan bir dəyişdirilməlidir.

4. Başqasının diş fırçası istifadə edilməməlidir.

5. Diş məcununu su ilə islatmadan, quru diş fırçası üzərinə sürtülərək fırçalama təmin olunmalıdır.

6. Orqanizmin balanslı çəkildə bəslənilməsinə diqqət yetirilməlidir.

7. Vaxtlı-vaxtında diş həkiminə müraciət etmək lazımdır. Hətta dişlərdə problem olmasa belə...

8. Ftoridlı diş pastaları seçmək lazımdır ki, dişlərin qorunmasına yardımçı olsun.

9. Diş yumağa əlavə olaraq ağız qoxusunu aradan qaldırmağa köməkçi, spirtsiz ağız yaxalama sularından da  istifadə edilməlidir.

10. Şəkərli qidalar əsas yemək vaxtlarında qəbul edilməlidir.

11. İsti və soyuğa həssas dişlər, ağrılı dişlər, başlanğıc mərhələdə olan çürüklər, qəhvəyi rəngləmələr və oyuqlar gördükdə vaxt keçirilmədən diş həkiminə müraciət edilməlidir.

12. 6 ayda bir diş həkimi ziyarət edilməli, müntəzəm olaraq keçirilən ağız və diş sağlamlığı müayinələri ilə çürük formalaşması qarşısı alınmalıdır.

ANN.Az


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol