Abbasqulu ağa Bakıxanovun kəndindən FOTOLAR

Əmircan kəndi Abşeron yarımadasının cənub-qərbində yerləşir.
Kəndin ərazisi 2,6 min kvadrat km, əhalisi isə 30 mindən ibarətdir. Əvvəl adı Xilə, sonradan isə Əmircan qoyulub. Deyilənə görə, qədim zamanlarda burda Hillə qəbiləsi yaşamış (bəzi mənbələr onu Xilə tayfaları kimi təqdim edir), kəndin adı da buradan götürülüb. Xilə adının ərəblərin ölkəmizə hücumları dövründə qoyulduğu güman olunur. Azərbaycanda Xilə adında bir neçə kənd mövcuddur. Lakin Abeşrondakı Xilənin - indiki Əmircanın yaşca digərlərindən böyük olduğu vurğulanır.
Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm” əsərində doğma kəndi Əmircanı "Əmir Hacan” kimi təqdim edib. Əmircan üləmaların, ruhanilərin, söz-sənət ustalarının da ana yurdu olub. Kənd abidələri, məscid və minarələri ilə digər kəndlərdən xüsusi seçilir.




































Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























