• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəzər Lənkəran"da ciddi itkilər

"Xəzər Lənkəran"da ciddi itkilər
05.04.2015 11:00
Premyer Liqanın XXVIII turunda Bakıda "İnter"in qonağı olacaq "Xəzər Lənkəran" paytaxta ciddi itkilərlə gəlir.

ANS PRESS-in məlumatına görə,"gəmiçilər"in iki legioneri "İnter Arena"da meydana çıxa bilməyəcəklər. Sadio Tounkara və Alfred Sanko cəza səbəbindən bu qarşılaşmanı buraxmaq məcburiyyətindədilər.

Bu komandalar cari mövsümdə artıq 5 dəfə üz-üzə gəliblər. Belə ki, ölkə kubokunda da "Xəzər Lənkəran"la "İnter"in yolları kəsişib və "bankilər" yarımfinala adlayan tərəf olub. Premyer Liqada isə ilk qarşılaşma "Xəzər Lənkəran"ın minimal hesablı qələbəsiylə yekunlaşıb. Həmin vaxt "ağ-yaşıllar"ı meydana Oğuz Çətin çıxarmışdı və Lənkərandakı qarşılaşmada Elnur Abdullayevin 5-ci dəqiqədə vurduğu qol yeganə olmuşdu.

Xatırladaq ki, "Xəzər Lənkəran" "İnter"i cari mövsümdə məğlub etməyə bacaran iki komandadan biridi. Tsxadadzenin yetirmələri 4-cü turda səfərdə "Xəzər Lənkəran"a, 26-cı turda doğma meydanda "Qəbələ"yə boyun əyib.
 
ANN.Az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol