• $
  • €
  • ₽
  • ₺
  • £

"Faiz dərəcələrini aşağı salmaq banklar üçün xeyirli olacaq" - Ekspert

"Faiz dərəcələrini aşağı salmaq banklar üçün xeyirli olacaq" - Ekspert
08.04.2015 12:27

 

 
Dolların manata qarşı məzənnəsi yenidən artmağa başlayıb, artım cüzi olsa da, əhali arasında narahatlığa səbəb olur.
 
Dolların manata qarşı möhkəmlənməsi barədə xəbərlər ortaya çıxdıqca, suallar ortaya çıxır. Məsələ barəsində şərh versin deyə, iqtisadçı-ekspert Samir Əliyevlə danışdıq. Samir bəyə ünvanlanan suallarımız belədir: dolların məzənnəsinin manata qarşı kəskin artımı gözlənilirmi? Banklara dollarla kredit qaytaranlara hər hansı kömək olunacaqmı? Manat yenidən bahalaşacaqmı?  
 
İqtisadçı-ekspert ANN.Az-a açıqlamasında bildirdi ki, bu gün dolların manata qarşı məzənnəsi 0.2% bahalaşıb: "Bu bahalaşmaya kəskin devalvasiya adı vermək heç də düzgün deyil. Çünki bahalaşma 1 qəpik dəyərində belə deyil. Bu yumşaq devalvasiyadı. Bu gözlənilən artım idi. Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlamasında bildirmişdi ki, belə yumşaq devalvasiya ilin sonuna kimi davam edəcək. Yumşaq devalvasiyanın əsas səbəblərindən biri də neftin qiymətindən asılıdır. Son günlərdə neftin qiymətində dəyişiklik oldu və dolların manata qarşı möhkəmlənməsi prosesi davam etdi. Əgər neftin qiyməti hal-hazırkı qiymətdə qalarsa, manatın dolara qarşı məzənnəsi yenidən 10% və daha çox artacaq. Manatın məzənnəsi ilə bağlı son qərar neftdən asılıdır. Yəni neft bahalaşarsa, ola bilsin manat sabit qalsın və bahalaşsın. Amma bir məsələ də var ki, dolların manata qarşı olan məzənnəsinin əvvəlki səviyyədə, yəni 0.78 qəpik olması gözlənilmir. Fevral ayında manatın dollara qarşı məzənnəsinin kəskin şəkildə ucuzlaşmasından sonra, Mart ayında demək olar ki, manatın dollara qarşı məzənnəsi cüzi də olsa, artmağa başladı. Mart ayının sonu, aprel ayının ilk günlərindən artıq dollar manata qarşı yenidən möhkəmlənir. Ancaq bundan sonrakı tendensiya dolların ucuzlaşmasına doğru gedəcək". 
 
Banklara dollarla kredit ödəyən şəxslər barəsində danışan ekspert bildirdi ki, fevral ayında olan kəskin devalvasiyadan sonra Mərkəzi Bank həmin şəxslərə heç bir kömək etmədi, bu vəziyyətdə Mərkəzi Bank bütün öhdəlikləri bankların özlərinə buraxdı: "Bundan sonra da dollarla krediti olanlara hər hansı köməyin olunacağı  ehtimal edilmir. Bu vəziyyətdə əhaliyə ancaq xəbərdarlıq etmək lazımdır ki, yenidən dollarla kredit götürməsinlər. Banklar da dollarla krediti olanları nəzərə almalı və faiz dərəcələrini aşağı salmalıdır. Faiz dərəcələrinin aşağı salınması bankların özləri üçün də xeyirli olacaq. Çünki bundan sonra kredit götürənlərin sayı da artacaq”.
 
Aslanlı Orxan
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol