Caz mərkəzində xeyriyyə tədbiri olacaq

Bu gün Bakı Caz Mərkəzində "Fashion Philanthropy” adlı xeyriyyə tədbiri təşkil olunacaq.
ANS PRESS-in məlumatına görə, tədbirdə Diana Hacıyeva, Aysel Məmmədova, Dilarə Kazımova və "Free from Four” qrupu musiqi ilə çıxış edəcək, Azərbaycan dizaynerlərinin kolleksiyalarının təqdimatı, rəssam Ülviyyə Musayevanın onlayn rejimdə çəkdiyi rəsmin hərracı, həmçinin xeyriyyə satışı keçiriləcək. Hərracda həm dünya brendlərinin, həm də ki, Azərbaycan dizaynerlərinin geyim və aksessuarlarını əldə etmək mümkün olacaq.
Tədbirdən yığılan vəsait Azərbaycan Uşaqlar Birliyi tərəfindən təşkil olunan sığınacağın fonduna köçürüləcək.
Beş ildir ki, fəaliyyət göstərən sığınacaqda yaşayan 30 nəfərdən 24-ü uşaqdır. Sığınacağa evsiz qalanlar və məişət zorakılığı qurbanları müraciət edirlər.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər