• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank manatın devalvasiyasının qarşısını ala bilir - nazir

Mərkəzi Bank manatın devalvasiyasının qarşısını ala bilir -  nazir
03.05.2015 18:00
Azərbaycan hazırda tam olaraq bazar iqtisadiyyatına keçmiş bir ölkədir.

Bunu maliyyə naziri Samir Şərifov deyib.
 
"Bazar iqtisadiyyatının bütün qanunları Azərbaycanda özünü biruzə verir. Azərbaycanın milli valyutası olan manatın məzənnəsində də biz bunu müşahidə edirik. Manatın məzənnəsinin möhkəmlənməsi şübhəsiz ki, Azərbaycana xarici valyutanın daxil olması ilə əlaqədardır. Əvvəlki illərdə biz manatın məzənnəsinin ifrat dərəcədə yüksəlməsinin qarşını alırdıq. Bunun üçün xüsusi mexanizm olan Dövlət Neft Fondu yaradıldı və valyutanın böyük bir qismi həmin fonda yönəldilirdi ki, Azərbaycanın makroiqtisadi vəziyyəti mənfi təsirlərə məruz qalmasın”, - deyə nazir qeyd edib.
 
S. Şərifov qeyd edib ki, gələcəkdə də manatın məzənnəsi "bazarda baş verən hadisələrdən” asılı olaraq dəyişəcək. Nazir bunu normal hal hesab edir.
 
Bununla yanaşı, S. Şərifov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol