Ulduz Şokolad Fabriki Bakıdakı 2 saylı Uşaq Evini ziyarət edib

1 iyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ulduz Şokolad Fabriki Bakıdakı
2 saylı Uşaq Evində bayram şənliyi təşkil edib. Fabrik rəhbərliyinin də iştirak
etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.
www.ann.az
Ulduz
şokolad fabriki hər il olduğu kimi, bu il də valideyn himayəsindən və
qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr və
gigiyenik vasitələr təqdim edib. Ümumilikdə 145 uşağın təhsil alıb yaşadığı bu
məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir.
Azərbaycan müstəqillik dövründə uşaq
hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində
çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən təşkil olunan
1950-ci il iyunun 1-də "Qadınların Beynəlxalq Konfransı"nda uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə
də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul
olunub. Həmin tarixi gündən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi
tarixə düşüb.
Xatırladaq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin
"Uşaq hüquqlarına dair" Konvensiyasına qoşulub. Bu Konvensiyaya görə
ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir.
Bu baxımdan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci
illər)" səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin
əldə edilməsinə yönəldilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















