• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Qlobal İqlim Şəffaflığı Platforması işə salınıb

Bakı Qlobal İqlim Şəffaflığı Platforması  işə salınıb
03.09.2024 10:44
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının sədri kimi Azərbaycan bu gün Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) işə salıb. Bu barədə  Bakıda keçirilən "İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq" çərçivəsində COP29 prezidenti Muxtar Babayev deyib.
 
"COP29-un sədri kimi bizim vəzifəmiz iqlim dəyişikliyi ilə bağlı danışıqlar prosesinin bütün iştirakçılarını dəstəkləməkdir Platforma iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli istiqamətində atılan addımlar haqqında hesabatların şəffaflığını artırır”, - Babayev bildirib.

Onun fikrincə, yalnız şəffaflıq məqsədlərinin kollektiv şəkildə təsdiqlənməsi, ikiillik şəffaflıq hesabatlarının (BTR) vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür.

"Azərbaycan ikiillik BTR hesabatını COP29-da təqdim edəcək”, -  Babayev vurğulayıb.

Bu yolla Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakın təmin edilməsini gücləndirmək istəyir.

"COP29-un Prezidentliyi gələcək nəsillər üçün iqlim fəaliyyətini şəffaf etmək üçün səylərini gücləndirmək niyyətindədir. .
 
2024-cü il  sentyabrın 25-də  Azərbaycan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq təşkil edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.
 
Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Tərəflərin Konfransı) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan Tərəflərin Konfransı mənasını verir.

Dünyanın 198 ölkəsi COP-a qoşulub. İlk COP  tədbiri  1995-ci ilin martında Berlində keçirilib və onun katibliyi  də Bonnda yerləşir.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
Siyasət 18:10
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
COP29 14:55
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
Braziliya pre-COP30-un tarixini açıqlayıb
COP29 18:52
Braziliya pre-COP30-un tarixini açıqlayıb
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol