• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq

COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq
31.10.2024 16:53
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesi 9 noyabr tarixindən etibarən başlanılacaq.

Geniş ictimaiyyət üçün açıq olacaq COP29 Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq. 

COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək.

Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır. 

Ümumilikdə, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir. 

İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən kəs üçün açıq olan Yaşıl Zonaya biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.

COP29 Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər ayrıca gün və bu günlərin müxtəlif saat slotları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən reliz ediləcək. 


Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
Siyasət 18:10
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
COP29 14:55
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
Braziliya pre-COP30-un tarixini açıqlayıb
COP29 18:52
Braziliya pre-COP30-un tarixini açıqlayıb
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol