• $
  • €
  • ₽
  • ₺
  • £

Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində 2 panel üzrə müzakirə aparacaq

Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində 2 panel üzrə müzakirə aparacaq
11.11.2024 15:49
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 
Bildirilib ki, noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellər təşkil ediləcək. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur.


"Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.


"Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək.


Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
Siyasət 18:10
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
COP29 14:55
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
Braziliya pre-COP30-un tarixini açıqlayıb
COP29 18:52
Braziliya pre-COP30-un tarixini açıqlayıb
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol