• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb

COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb
22.11.2024 14:33
Noyabrın 22-də "Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb. 


Bu əməkdaşlıq çərçivəsində "KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub.


Memorandum COP29 və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.


İmzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.


Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. 


Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.


"Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır.


Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
Siyasət 18:10
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
COP29 14:55
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
Braziliya pre-COP30-un tarixini açıqlayıb
COP29 18:52
Braziliya pre-COP30-un tarixini açıqlayıb
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol