• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
30.10.2026 12:46

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlara satış dövriyyəsi əsasında girovsuz kredit əldə etmək imkanı yaradır. Sahibkarlar POS Kredit vasitəsilə 5 000 manatdan 250 000 manatadək maliyyələşmədən yararlana bilərlər. İlk 15 gün ərzində faiz hesablanmır və faktiki illik faiz dərəcəsi (FİFD) 19,06% təşkil edir.

Məhsulun əsas üstünlüklərindən biri kredit ödənişlərinin sahibkarın POS dövriyyəsinə uyğunlaşdırılmasıdır. Sahibkarlar kredit ödənişlərini satış dövriyyələrinə uyğun şəkildə həyata keçirə bilirlər.

POS Kreditə PAŞA Bankın onlayn bankçılıq platforması və biznes mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür. Kreditdən yararlanmaq üçün müştəri ən azı 6 ay PAŞA Bankın POS xidmətindən istifadə etməli, VÖEN üzrə fəaliyyət müddəti isə bir ildən çox olmalıdır. Digər şərtə əsasən, son altı ayın hər birində bankın POS terminalları vasitəsilə 30-dan çox əməliyyat aparılmalıdır. Kredit məbləği yalnız PAŞA Bank üzrə POS dövriyyəsi nəzərə alınmaqla müəyyən edilir.

PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance tərəfindən də müxtəlif nominasiyalar üzrə təltif olunub. Eyni zamanda, Stevie Awards müsabiqəsində “İlin şirkəti” nominasiyası üzrə “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Ətraflı məlumat və müraciət üçün linkə daxil olun

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol