• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxta gətirilən yeni avtobuslar - FOTOLAR

Paytaxta gətirilən yeni avtobuslar - FOTOLAR
28.05.2020 22:53
Hər şeydə Avropanı nümunə gətirməyi sevənlərin bir bəhanəsi azaldı.

Son illərdə Bakının ümumiyyətlə, ölkəmizin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün çox iş görülüb.

Əgər cəmi bir neçə il bundan öncə və indiki vəziyyəti müqayisə etsək, bu sahədəki inkişaf təəccübləndirir – köhnə "şəxsi” taksilər yerini sayğac və fiziki imkanları məhdud insanların da istifadə edə biləcəyi keb-taksilərə verib; xalq arasında "qazel” adlanan köhnə, kiçikölçülü marşrut taksiləri böyük və geniş avtobuslarla əvəz edilib; Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi şəhər küçələrində tıxac və sıxlıqlarla uğurla mübarizə aparır.

Amma bu yaxınlarda bizi bir sürpriz də gözləyir və hər şeydə Avropanı nümunə gətirməyi sevənlərin bir bəhanəsi azalır. Əvvəl də xəbər verdiyimiz kimi, Bakıya yeni, müasir avtobuslar gətirilib, onları artıq ilin sonunda paytaxtımızın küçələrində görəcəksiz. Yaponiya istehsalı olan İSUZU markalı avtobuslar Türkiyə zavodunda yığılıb və bu gün üçün Avropanın bir çox ölkələrində sərnişin avtobusları modelləri arasında ən populyar avtobuslardır. Onları geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı fərqləndirir. Bu avtobusların fərqli cəhətlərindən biri də avtobusların əlillər üçün xüsusi pandusunun olmasıdır, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib enməyə imkan yaradacaq.

Qeyd edək ki, bu kateqoriyadan olan insanlar üçün xüsusi oturacaqlar və əlil arabası ilə yerləşəcəyi xüsusi bölmədə olacaq. Yaşlı adamlar və kiçik yaşlı uşaqlar üçün xüsusi sistem nəzərdə tutulub – lazım olduğu halda avtobusdan sərnişinin enməsi üçün onun hündürlüyünü azaltmaq mümkün olacaq. Bundan başqa yeni avtobuslar, sürücünün sərnişinləri müşahidə edə biləcəyi müasir videomüşahidə və videoqeydiyyat sistemi ilə təchiz edilib. Bunun üçün bütün salonda videokameralar, o cümlədən gizli videokameralar quraşdırılıb. Bu avtobusların ətraf mühit üçün təhlükəsiz olması da önəmli amildir – onlar bütün son ekoloji təhlükəsizlik tələblərinə uyğun olaraq modelləşdirilib. Bakıya hal-hazırda 12 avtobus gətirilib, ilin sonuna isə onların sayı 50-yə çatacaq. Gələn ilin əvvəlindən bu avtobuslar 65 və 61 marşrutlar üzrə işə düşəcək, may ayına qədər isə onları 18, 79 və 85 marşrutlarına buraxmaq planlaşdırılır. Avtobuslar cəmi 69 – 24 oturmuş və 45 ayaq üstə olacaq – sərnişin üçün nəzərdə tutulub. Ümumilikdə Bakıya 200 belə avtobusun gətirilməsi planlaşdırılır, bu isə əhalinin bütün təbəqələrinin rahat və təhlükəsiz ictimai nəqliyyat tələblərini gözəçarpacaq dərəcədə təmin etməyə yardım edəcək. Öz növbəmizdə biz, bu materialın hazırlanmasında göstərdikləri yardıma görə Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə, eləcə də "Xaliq Faiqoğlu” MMC-yə təşəkkür edirik. //oxu.az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda  "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol