• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Neft Məktəbi memorandum imzaladı - FOTOLAR

Ali Neft Məktəbi memorandum imzaladı - FOTOLAR
28.05.2020 22:53
Dekabrın 3-də Bakı Ali Neft Məktəbi və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirildi. 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən aparılan uğurlu neft  strategiyasından bəhs etdi. Azərbaycanın dünyada  sənayə üsulu ilə ilk neft  çıxaran ölkə olduğunu vurğulayan Elmar Qasımov neft-qaz və kimya  sənayesinin ölkə iqtisadiyyatının inkişafında  əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırdı. ARDNŞ –nin  Azərbaycanda  və xarici ölkələrdə  həyata keçirdiyi  beynəlxalq layihələrdən söz açan  rektor BANM-in əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara cavab  verən  müasir ingilis dilli yüksək ixtisaslı kadrların  məhz öz ölkəmizdə yetişdirilməsi olduğunu bildirdi. Rektor, həmçinin qonaqlara Ali Məktəbin yaranma  tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri  ilə qurulan əməkdaşlığı haqqında  ətraflı məlumat verdi. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun  növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Üçillik fəaliyyətinə baxmayaraq Azərbaycanın ali təhsil ocaqlarının  reytinq cədvəlində ən yüksək yer tutan BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov "ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri”  mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda qeyd olundu ki, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145.000 nəfərdən artıq işçiyə sahibdir.  Çıxışında R.Qasımov şirkətin başlıca olaraq 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif etdiyini qeyd etdi.

Tədbirdə  iştirak edən Böyük Britaniya parlamentinin üzvü və Baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda Ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-muəllim heyəti və tələbələr qarşısında çıxış etdi. O BANM-də olmasından məmnunluğunu dilə gətirdi. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında nəinki energetika və humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğuladı. Sonra C.Hendri tələbələrin çoxsaylı suallarını cavablandırdı. 

Tədbir çərçivəsində BANM-in rektoru E.Qasımov Ç.Hendrini Ali Məktəbin "Fəxri qonaq” diplomu ilə təltif etdi. 

Tədbirdə iştirak edən  Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefen Makloxlin  BANM və Heriot-Vatt universiteti arasında əməkdaşlıqdan söz açdı və bu iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışdı. O, təmsil etdiyi ali məktəblə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirdi. 

Sonra Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı.   

Tədbirdə həmçinin, Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Abişer, hər iki səfirliyin nümayəndələri və şirkət təmsilçiləri iştirak etdilər. 

Sonda xatirə şəkili çəkildi. 

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda  "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol