• $
  • €
  • ₽
  • ₺
  • £

“Elektron Səhiyyə” xidməti açıldı - Fotolar

“Elektron Səhiyyə” xidməti açıldı - Fotolar
29.05.2020 06:21
Səhiyyə Nazirliyinin ən son və ən müasir standartlara cavab verən ES (Elektron Səhiyyə) xidmətinin açılış mərasimi olub.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, modern, çevik, dövlət orqanının fəaliyyətində şəffaflığın artırılması, əhaliyə vaxt itkisinə yol vermədən müraciətlərinin həlli baxımından bu xidmətin yaradılması çox mühüm məsələlərdəndir.

Mərkəzin açılışı səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavinləri, Milli Onkologiya Mərkəzinin direktoru C.Əliyev, ATU rektoru Ə.Əmiraslanov, və digər rəsmi şəxslərin iştirakı ilə olub. "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzdə əhaliyə ilkin olaraq 15 elektron xidmət göstəriləcək. Həmin xidmətlər tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüququ məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi və səhiyyəyə aid olan digər məsələlər daxildir.

Burda "bir pəncərə” prinsipi ilə vaxt itkisinə yol vermədən keyfiyyətli xidmətdən istifadə etmək mümkün olacaq. ES mərkəzində bütün prosedurlar çox asan icra olunacaq. Mərkəzə daxil olan vətəndaş ilk olaraq koordinatora yaxınlaşır. Koordinator onun probleminin istiqamətini müəyyən etdikdən sonra növbəti terminala yaxınlaşaraq operatora müraciət edir. Operator vətəndaşın şəxsiyyət vəsiqəsini oxucu cihazla skan etdikdən sonra 15 mövzudan birini seçir. Daha sonra vətəndaşa sıra nömrəsi təqdim olunur və o, müəyyən edilən operatorun yanına keçir. Burda quraşdırılmış növbə terminalı dünyada ən müasir elektron növbə prinsipini icra edən avadanlıqlardandır.

Bu mərkəzdə nazirliyə müraciət etmiş şəxs öz müraciətinin həllinin gedişatı, hansı mərhələdə olması barədə də məlumat əldə edə biləcək. Mərkəz vətəndaşlığından asılı olmayaraq, hər kəsə həftənin 6 iş günü 10 nəfər heyətlə xidmət göstərəcək. Burda həmçinin vətəndaş öz yazılı müraciətini dinamikada izləyə bilər. ES-də quraşdırılmış "kiosk” cihazı imkan verir ki, onun vasitəsi ilə Səhiyyə Nazirliyinə yazılı müraciət edən şəxs qeydiyyat nömrəsini, müraciətinin hansı şöbədə və hansı mərhələdə olmasını izləsin.

Mərkəzdə bir necə infraqırmızı kameralar quraşdırılıb. Onlar 24 saat ərzində onlayn rejimində çalışacaqlar. Aşağı mərtəbədə xüsusi vəziyyətlər üçün, otaq nəzərdə tutulub. Burda daha emosional, problemli vətəndaşlar qəbul olunur və onlara individual şəkildə problemləri ilə tanış olunacaq və lazımi yardım göstəriləcək.

ANN.Az
 





Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda  "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol