"Qalatasaray" derbini qazandı - Fotolar

Bu gün Türkiyə Superliqasında 2015-ci ilin ilk oyunları start götürüb.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, XVI turun mərkəzi qarşılaşmasında Lider "Beşiktaş” evdə "Qalatasaray”ı qəbul edib.
Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissənin ilk dəqiqələrində "Qalatasaray" Melonun qolu ilə hesabda önə keçib. Hesab açıldıqdan sonra mübarizənin gərginləşməsi fonunda "Beşiktaş" 62-ci dəqiqədə azlıqda qalıb. Veli Kavlak qırmızı kart alıb. Oyunun son dəqiqələrində Burak Yılmaz oyunda son nöqtəni qoyub.
Bu tura qədər Superliqanın lideri olan "Beşiktaş" "Qalatasaray"a ikinci dəfə məğlub olub.
"Beşiktaş” – "Qalatasaray” - 0:2
Qol: Melo, 50. Burak Yılmaz, 90.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür