• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müəllimin ailəsini himayəyə götürdü - FOTOLAR

Nazir müəllimin ailəsini himayəyə götürdü - FOTOLAR
16.01.2015 14:06
Onun cəsədi hələ də tapılmayıb.

Sabirabadda azyaşlı şagirdini xilas edib özü Kürdə batan müəllimin həlak olmasından 40 gün keçdi, amma onun cəsədi hələ də tapılmayıb.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Sabirabad şəhər 5 saylı orta məktəbin müəllimi Əhliman Hüseynovun cəsədinin axtarışları davam etsə də xilasedicilər və dalğıclar bütün Sabirabad sakinlərinin ümidlə gözlədiyi xəbəri onlara hələ də verə bilməyiblər.

Ə.Hüseynovun cəsədi tapılaraq el adəti üzrə dəfn olunmasa da onun 21 ildir ki, müəllimlik etdiyi Sabirabad şəhər 5 saylı orta məktəbin kollektivi mərhuma rəmzi 40 mərasimi keçirib. Müəllimlər və şagirdləri dünən Ə.Hüseynovun evinə gedib, ailəsinə baş çəkib, əsl qəhrəmanlıq etmiş mərhumu yad ediblər.

Doğrudur, bu da Ə.Hüseynovun ailə üzvlərini ovuda bilməz. Ailənin ən böyük arzusu odur ki onun cəsədini tapılsın, el adəti ilə dəfn edilsin, ruhuna ehsan verilsin...

Bu müsibət ailəyə daha bir fəlakət gətirib. Ə.Hüseynovun həyat yoldaşı Tərifə Hüseynova artıq bu dərdə dözə bilmədiyindən ağır infarkt keçirib, yataq xəstəsinə çevrilib. Bu da mərhum müəllimin yaxınlarına və dostlarına əlavə problemlər yaradıb. Bununla belə məktəbin kollektivi Hüseynovlar ailəsinə dayaq olmaq üçün əlindən gələni etməyə çalışır.

Məktəbin direktoru Bilal Əhmədov deyir ki, belə gözəl insanı və əsl müəllimi itirmək kollektiv üçün də çox ağırdır: "Amma çalışırıq ki, onun ailəsini diqqətdən kənarda qoymayaq. Yaxın günlərdə məktəbdə Əhliman müəllimin xatirəsinə həsr olunmuş xatirə gecəsi keçirilməsi də planlaşdırılr. Bu tədbirə gənc qəhrəman Dəyanət Şıxəliyev də dəvət olunub. Taqəti tükəndiyindən artıq batmaqda olan 9 yaşlı məktəbli Güldəstəni məhz Dəyanət Əhliman müəllimdən alaraq xilas etmişdi”.

Sabirabadda olanda aldığımız bir xəbər isə bir qədər təskinlik gətirir. Onu da öyrənirik ki, Ə.Hüseynovun dramı virtualaz.org və haqqin.az saytlarında ictimailəşəndən, ailədən geniş reportaj hazırlayandan sonra Təhsil Nazirliyi də müəllimin taleyinə biganə qalmayıb.

Nazir Mikayıl Cabbarov öz nümayəndələrini dərhal rayona göndərib, onlar mərhum müəllimin ailəsinin problemləri ilə maraqlanıblar. Artıq nazir Mikayıl Cabbarovun göstərişi ilə Təhsil Nazirliyinin fondundan Əhliman Hüseynovun evinin əsaslı təmiri üçün pul da ayrılıb.

Bundan əlavə öyrənirik ki, nazirliyin mərkəzi aparatından demək olar hər gün Hüseynovlar ailəsi ilə əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanırlar.

Ə.Hüseynovun cəsədinin axtarışları isə ara verməsə də nəticə vermir. Bir neçə gün əvvəl FHN-in 6 dalğıcı yenidən hadisə yerinə gedərək suyun altında güman gələn yerləri bir daha axtarıblar. Amma cəsəd tapılmayıb.

Mütəxəssislər isə bildirir ki, Kür çayının suyu bulanıq, dibi isə xeyli lilli olduğundan dalğıcların işləməsi də əslində çox çətindir. Çünki suyun altında görmə mümkün olmadığından onlar çox çətinliklə, əllərini toxundurmaqla axtarış aparırlar.

Yerli sakinlər isə bildirirlər ki, adətən Kürdə batanın cəsədi isti havalarda 3-4 günə suyun üzünə çıxır. İndi isə su çox soyuq olduğundan cəsəd haradasa suyun altında ilişib və çayda suyun səviyyəsi bir qədər azalsa və ya suyun temperaturu bir qədər yüksəlsə, cəsəd üzə çıxacaq.

Bütün bunlara baxmayaraq FHN-in müvafiq qurumları hadisə baş vermiş yerdən Kür çayının Xəzərə tökülən hissəsinə qədər hər yerdə vizual axtarışları hər gün davam etdirirlər. Bir gün tapmaq ümidi ilə...

Qeyd edək ki, bu faciəvi hadisə dekabrın 5-də baş verib. Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynovun şəxsi maşını ilə səhər Cavad kəndindəki evindən iş yerinə - məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşüb. Maşında onun qonşusunun həmin məktəbdə oxuyan qızı 9 yaşlı Güldəstə Hüseynova da olub. Məktəbli qız Ə.Hüseynov və əsl qəhrəmanlıq göstərən Dəyanət Şıxəliyevin sayəsində xilas edilsə də müəllim çayda boğularaq batıb.

ANN.Az
 



Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda  "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol