• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib - FOTOLAR

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib - FOTOLAR
13.02.2015 14:52
 Britaniya Energetika İnstitutunun təşkilatçılığı ilə fevralın 10-12-də Londonun "Intercontinenta l London Park Lane" hotelində ənənəvi Beynəlxalq Neft Həftəsi ("IP Week-2015") keçirilib. 

Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi beynəlxalq forumdur.

"Report"un verdiyi xəbərə görə, tədbirdə dünyanın tanınmış neft şirkətlərinin nümayəndələri iştirak ediblər. Forumun keçirilməsində məqsəd enerji sektorunda baş verən beynəlxalq dəyişiklikləri, maliyyə və investisiyaları müzakirə etmək, Afrika, Asiya və Rusiya kimi səciyyəvi regionlara nəzər salmaq və təhlil etməkdən ibarətdir.

Həftə ərzində davam edən tədbir çərçivəsində müxtəlif görüşlər, konfranslar keçirilir, şirkətlər tərəfindən təqdimat gecələri təşkil edilir.

Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 4 ildir ki, Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbirdə iştirakının əsas məqsədi Azərbaycanı bir daha tanıtmaq, şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər. 

Qeyd edək ki, neft həftəsi çərçivəsində "Beynəlxalq enerji təhlükəsizliyi”, "Neft və qaz landşaftının dəyişdirilməsi strategiyası”, "Rusiya və MDB ölkələri: uzunmüddətli baxış", "Orta Şərqin mədən sənayesində inkişaf potensialı", "ABŞ-ın emal sənayesinin potensialı - neft hasilatının artırılması" və s. mövzularda seminarlar keçirilib

ANN.Az





Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda  "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol