• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı tıxaclarına zərbə - Fotolar

Bakı tıxaclarına zərbə - Fotolar
17.03.2015 18:01
Bakı şəhərində xidmət etdiyi avtomobil yolları, prospekt və küçələr üzrə zəruri olan hissələrdə genişləndirilmə işləri davam etdirilir. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Biləcəri enişindən və X.Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkər edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə artıq yenidənqurma işlərinə başlanılıb.

Onun sözlərinə görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir: "Sözügedən küçənin X.Natəvan küçəsi ilə kəsişməsindən Bakı-Quba yolunun 7-ci km-də yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır. X.Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75m olmaqla 3 hərəkət zolaqlı, Avtovağzal dairəsindən X.Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5m olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5m olan zolaq və cib nəzərdə tutulub".

Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən dairənin radisu 11m, diametri isə 22m təşkil edəcək. Dairədən Avtovağzal istiqamətinə olan 110metrlik məsafə 4gediş-4gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda Bakı-Quba yolunun yenidən qurulmuş 6-9km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində eni 3,5m olan yeni zolaq salınacaq. Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib.

Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.
 
ANN.Az
 



Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda  "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol