Külək elektrik dirəyini bahalı maşının üstünə aşırdı - Fotolar

Dünən axşam saatlarında Bakıda başlayan güclü külək bir sıra fəsadlar törədib.
ANN.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində elektrik dirəyi hərəkətdə olan avtomobilin üzərinə aşıb. Hadisə şahidləri bildiriblər ki, küləyin təsirindən Azərbaycan Müəllimlər İnstitutunun qarşısında elektrik dirəyi hərəkətdə olan «Mercedes» markalı bahalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, qabaq parpres və digər detallar əzilib.
Avtomobilin sürücüsünün də xəsarət aldığı bildirilir.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür



















