• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin professor qızı - FOTO

Ramiz Mehdiyevin professor qızı - FOTO
02.12.2014 16:21
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı "Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimat Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qızı Kamilə xanım haqqındadır.

Ramiz Mehdiyev adı çağdaş Azərbaycan siyasi tarixinə düşən məşhur simalardandır. O, 1974-cü ildən Azərbaycanın dövlət idarəetmə strukturunda çalışır, indiyədək müxtəlif postlar tutub. 1995-ci ilin fevralından isə Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləyir.
Həqiqi dövlət müşaviri olan Ramiz Mehdiyev 17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilib.

Akademik R.Mehdiyev 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan dövləti və cəmiyyətinin inkişafı və s. mövzularla bağlı).

Ramiz Mehdiyev ailəlidir. İki övladı var.

Onun 1973-cü il təvəllüdlü oğlu Teymur Mehdiyev hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir.

Ramiz Mehdiyevin kürəkəni deputat İlham Əliyev isə 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı Xaçmazdan Milli Məclisə mandat qazanıb.

Akademik Ramiz Mehdiyevin qızı Kamilə xanım uzun illərdir elm sahəsində çalışır. O, 1970-ci ildə Moskva şəhərində dünyaya gəlib. (Həmin dövrdə atası Ramiz Mehdiyev Moskva Dövlət Universitetinin aspirantı olub).
1987-ci ildə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinə daxil olan Kamilə Mehdiyeva 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə "Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə isə "Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.

Kamilə Əliyeva (hazırda həyat yoldaşının soyadını daşıyır) 1999-cu ildən BDU-nun psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur.
O, 2004-cü ildən həm də BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Universitetdə işlədiyi müddətdə professor Kamilə Əliyeva öz səmərəli və peşəkar fəaliyyəti ilə seçilib. Belə ki, 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən "İlin müəllimi” adına layiq görülüb, həmin ildə yüksək ixtisaslı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Bununla yanaşı, 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla mükafatlandırılıb.

Kamilə xanım bir çox treninq proqramlarında, beynəlxalq seminarlarda iştirak etməklə yanaşı, sosial siyasət və təhsil problemləri ilə bağlı seminarlarda çıxış edib. İki monoqrafiyanın, bir dərs vəsaitinin, 40-dan artıq elmi əsərin, bir neçə proqramın müəllifidir.

Psixologiya elmləri doktoru, professor Kamilə xanım Milli Məclisin deputatın İlham Əliyevin həyat yoldaşıdır.

ANN.Az


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol