• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəb ordusu Yəmənə girir

Ərəb ordusu Yəmənə girir
29.05.2020 12:24
Ölkəsində davam edən qarşıdurmalar nəticəsində yoxa çıxan Yəmən prezidenti Hadidən xəbər var. Onun bu müddət ərzində Səudiyyə Ərəbistanında olması təsadüfi görünmür. Bu arada regionun aparıcı ölkələrinin Yəməndə maraqları toqquşub. Burada əməliyyatlar keçirən Səudiyyə Ərəbistanını dəstəkləyən Rusiya və Türkiyə prezidentləri Putin və Ərdoğan İrana mesajlar verib.

ANS TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə Husi üsyançılarının mövqelərini bombalaması nəticəsində 40 nəfər ölüb. Aviazərbələr əsasən, paytaxt Sənanın hava limanı ətrafına endirilib. Həmin bölgələrdə Husi üsyançılarına məxsus bazaların olduğu güman edilir.

Səudiyyə Ərəbistanı ilə paralel Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəyini ifadə edib. Amerika Birləşmiş Ştatlar Husi üsyançılarına qarşı görülən tədbirləri alqışlayıb.

Rusiya prezidenti Vladimir Putin isə iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yəmən və İraqdakı fəaliyyətini kəskin şəkildə tənqid edərək mövqeyindən əl çəkməyə səsləyib. Ərdoğan qeyd edib ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır ki, bu siyasət də qəbuledilməzdir:

"Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik. Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyat, təchizat və kəşfiyyat məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım”.

Rəsmi Tehranın Türkiyə prezidentinə cavabı özünü çox gecikdirməyib. İranın xarici işlər naziri Cavad Zərif dövlət xəbər agentliyinə bildiirib ki, strateji səhvləri və yüksək ambisiyaları ucbatından bölgəyə dağıdıcı ziyan vurmuş qüvvələr müdrik siyasi qərarlar verib regionda sülh və ərazi bütövlüyünü qorumağa çalışsalar yaxşı olar. Zərif ölkəsinin Türkiyəylə strateji münasibətlərinə yüksək dəyər verdiyini bildirsə də, indiki vəziyyətdə bütün ölkələrin regionda asayışın və sabitliyin qorunması istiqamətində lazımı addımlar atmalı olduğunu vurğulayıb.

Ölkədəki zorakılıqlardan qaçan prezident Əbd-Rəbbo Mənsur Hadi Səudiyyə Ərəbistanına sığınıb. Bəzi məlumatlara görə, o, sabah keçiriləcək Ərəb Liqası sammitində iştirak etmək üçün Misirə gəlib. Mənsur Hadi BMT-dən, həmçinin Ərəb Liqası ölkələrindən hərbi yardım edilməsini istəyib.

"CNN” xəbər verir ki, yəmənli şiələrə qarşı əməliyyata ərəb dövlətləri koalisiyasına daxil olan ölkələrdən 5 minədək əsgər və zabit yaxın günlərdə Yəmənə gələcək. Bu kontingentin əsas vəzifəsi Yəmən prezidentinin iqamətgahının yerləşdiyi Ədən şəhərinin təhlükəsizliyini təmin etməkdir. Yəmənin paytaxtı Sənanı nəzarətə götürən Husilər Ədən şəhərinə doğru hərəkət edirlər. Bu şəhər isə Qırmızı dənizdə hər gün 20 min gəminin, neft tankerlərinin keçdiyi Bab əl-Məndəb boğazının üstündə yerləşir. Belə bir vəziyyətdə Yəmən yeni, daha geniş müharibənin meydanına çevrilə bilər.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol