• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" qərar verdi

"Qarabağ" qərar verdi
12.12.2014 15:43
"Uzun şərhə ehtiyac yoxdur. Dünən epizodu tam görə bilmədiyimə görə, dedim ki, biz sabah həmin vəziyyəti analiz edib qiymət verəcəyik. Dünən "Qarabağ” "İnter”i məğlub etdi. Ancaq hakimin səhv qərarı ilə bu tarixi qələbə əlimizdən alındı”.

ANN.Az Anspress-ə istinadən xəbər verir ki, bunu "Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, AFFA ilə birgə bu məsələni müzakirə edəcəyik. "Qarabağ” dekabrın 15-də Nyondakı püşkatmaya getməli idi, ancaq alınmadı: "Mən o günü həsrətlə gözləyirdim. Biz UEFA-ya etirazımızı bildirəcəyik. Güman edirik ki, bizim uğurlarımızın hakim səhvi ilə əlimizdən alınmasını UEFA da təsdiq edəcək. Bu cür açıq aydın xətanın olması insanlarda sual yaradır. "Qarabağ” gələcəkdə Avropa qapılarını təzədən döyəcək. Gərçəkdən tarixi qələbə əlimizdən alındı. Ancaq həyat davam edir. Rəhbərlik olaraq klubumuza dəstəyimizi davam edəcəyik”, - deyə Tahir Gözəl söyləyib.

Klub rəsmisi bu uğuru növbəti illərdə bir daha təkrarlayacaqlarına inandığını söyləyib..

Qeyd edək ki, dünən "Qarabağ” və "İnter” klubları arasında baş tutan Avropa Liqası qrup oyununda hakim tərəfindən müəammalı qərar qəbul edilib. Oyunun baş hakimi oyunun son dəqiqələrində "Qarabağ”ın hesabda fərqlənməsinə baxmayaraq qolunu qeydə almayıb. Nəticədə oyun 0:0 hesabı ilə bitib. Ağdam təmsilçisini son nəticədə növbəti mərhələyə adlaya bilməyib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol