• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qonşular arasında dava

Bakıda qonşular arasında dava
13.12.2014 11:02
75 yaşlı ağsaqqal qonşuları tərəfindən sıxışdırıldığını iddia edir. Səbəb isə yaşadığı evin qonşusuna məxsus olmasıdır.

ANN.Az ans-ə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi 50 ünvanında yaşayan 1939-cu il təvvəlüdlü Ələsgər Quliyevin imdadına qonşusu Camal çatıb. Gənc oğlan deyir ki, ağsaqqal kimsəsiz olduğundan hər gün elə qonşularının təzyiqinə məruz qalır. Biz də ağsaqqalın mənzilinin qapısını döyməli olduq. Görünən dağa nə bələdçi. Hər şey ortadaydı. 75 yaşlı kişinin yaşadığı otaq və onun vəziyyəti göz qabağındaydı.

Ələsgər Quliyevin dediklərinə görə, o elə doğulduğu gündən etibarən burada yaşayır. Ancaq illər keçdikdən sonra İslamovlar ailəsi onun yaşadığı evin bir otağından digərinə köçürüblər. Səbəb kimi də mülkün onlara məxsus olduğu göstərilib. Ayağından əlil olan Ələsgər dayı yaşlandıqca qayğısı da artır. Ailə həyatı qurmayan Ələsgər dayı tək qonşusu Camalın ümidinə qalıb. Ancaq qonşu İslamaovlar ailəsi ona hər gün təzyiq göstərir. Bütün bunlar 75 yaşlı ağsaqqalın fikirləridir.

Bu zaman qonşular da söhbətimizə müdaxilə etməyə başladı. Bildirdilər ki, sənədli, sübütlu bu mülk onlara məxsusdur. Hətta bunu təsdiqləyən məhkəmə qərarı və mülkə dair çıxarışları da var. Dedilər və göstərdilər də. Bununla razılaşmayan ağsaqqalla qonşular arasında mübahisə başladı.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol