• $
  • €
  • ₽
  • ₺
  • £

Piyada sürücünü belə cəzalandırdı

Piyada sürücünü belə cəzalandırdı
14.12.2014 14:00
Xarici ölkələrin birində baş vermiş bu olay sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sürücü mədəniyyətindən xəbərsiz olanlar üçün bu video yerinə düşər. 

Avtosfer.az xəbər verir ki, videoda svetoforun qırmızı işığında dayanıb gözləyərkən piyada keçidinin – "zebra”nın üstünə çıxan maşınların piyadalara problem yaratdığı əks olunur. Bunu görən gənc piyada gedib bir-bir həmin maşınların qarşısında dayanır və bununla da həmin sürücülərə etirazını bildirir. Daha dəqiq desək, onlara mədəniyyət dərsi keçir. 

Göründüyü kimi, maşınların qarşısını kəsən piyada onları ən azı bir dəqiqə gözlədir və svetoforun ikinci qırmızı işığı yananda yoldan çəkilir. Maraqlıdır ki, sürücülər də səhvlərini boynuna alaraq kobudluq göstərmirlər. Yəqin ki, belə bir piyada Bakıda hansısa maşının qarşısını kəsib ona mədəniyyət dərsi keçsəydi, ən yaxşı halda onu döyüb kənara atmışdılar. Amma bu videonu bizim bəzi sürücülərə hər gün, hər saat göstərməyə çox böyük və ciddi ehtiyac var.

Səmimi şəkildə demək olar ki, bəzi sürücülərimiz svetoforda dayanarkən zebranın üstünə çıxmağın qayda pozuntusu olduğunu və piyadalara problem yaratdığını dərk etmirlər. Çoxunun heç bundan xəbəri də yoxdur. Bəziləri də "bir addım öndə” prinsipi ilə həmişə özünü başqalarından fərqləndirməyə çalışır. Beləliri, sanki demək istəyir ki, "mən hər adamla eyni sırada dura bilmərəm, mənə yaraşmaz”. Amma heç şübhəsiz ki, belələrinə zebradan keçə bilməyən piyadaların yağlı söyüşləri çox yaxşı yaraşar və yaraşır da…
 
 
Avtosfer.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol