• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının "Ağ Şəhəri"ndən möhtəşəm- Fotolar

Bakının "Ağ Şəhəri"ndən möhtəşəm- Fotolar
29.05.2020 06:08
Bakının Xətai rayonunda, əvvəllər Qara Şəhər adlanan ərazidə inşa olunan Bakı Ağ Şəhərdə (Baku White City) işlər sürətlə davam etdirilir.

ANN.Az Lent.az-a istinadən xəbər evrir ki, kompleksdə artıq bir neçə yaşayış və ofis binasının əsas tikinti mərhələsi geridə qalıb. Hazırda ərazidə digər binaların tikintisi, eləcə də torpağın təmizlənməsi, yaşıllıqların salınması, kommunikasıya xətlərinin çəkilməsi və digər istiqamətlərdə iş sürətlə davam etdirilir.

Qeyd edək ki, sahəsi 221 ha olan bu ərazi şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaq. Bakı Ağ Şəhər layihəsinin baş planı sakinlərə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur.

Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhərinin mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi da planlaşdırılır. Bununla yanaşı, su nəqliyyatından istifadə edilməsi üçün bütün Bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulub.

Bakı Ağ Şəhər layihəsinin infrastruktur kommunikasiyalarının işçi layihələri "Azəryolservis”, "Azərelektrikşəbəkə”, "Azəriqaz”, "Aztelekom” və bu kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb. Bakı Ağ Şəhər layihəsi üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan "Atkins” (Böyük Britaniya) şirkətindən əlavə, "Foster + Rartners” və "F+A Architects” kimi məşhur memarlıq şirkətləri də cəlb edilib.

ANN.Az
 




Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol