• $
  • €
  • ₽
  • ₺
  • £

Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir

Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
29.05.2020 11:26
Cinayət axtarışı şöbələrinin əməkdaşlarına polis forması geyinmək göstərişi verilib

General-mayor Mirqafar Seyidovun Bakı şəhəri Baş Polis İdarəsinin rəisi təyin edilməsindən sonra paytaxt polisində ciddi gəlişmələr baş verir. Bir müddət öncə, təyinatından az sonra Mirqafar Seyidovun mülki geyimdə Nərimanov və Sabail rayonlarındakə bəzi polis bölmələrinə qəfil baxış keçirdiyi barədə məlumat verilmişdi. Təsadüfi deyil ki, məhz həmin yoxlamanın ardından Bakı şəhəri Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi işqən çıxarıldı.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin olayın ardından mülki geyimdə qəfil yoxlamaları davam etdirən general Seyidov digər yerlərdə də nöqsanlarla qarşılaşıb. Belə ki, general mülki formada daha bir neçə polis bölməsinə gedərək, rəislə görüşmək istədiyini deyib. Özünü təqdim etməyən M.Seyidovu bu dəfə də tanımayan növbətçi polislər rəislə görüşün mümkün omadığını deyiblər. Bu hal 4-5 bölmədə təkrarlanıb. Səhəri gün problemi olan polis bölmələrinin rəhbərləri Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıblar. Bölmə rəisləri problemin əvəzini 1 gün təpik döyməklə ödəyiblər. Bundan sonra Bakıdakı bölmə rəisləri təlaşa düşüblər. Məlumata görə, indi istənilən şikayətçi hər hansı Polis bölməsinə gedib rəislə görüşmək istədiyini deyirsə, dərhal onu rəhbərliyin qəbuluna aparərlar.

Daha bir məlumat ondan ibarətdir ki, general-mayor Mirqafar Seyidov rəis təyin olunana kimi Polis idarələrinin Cinayət axtarışı şöbələrinin əməkdaşları işə polis formasında deyil, mülki geyimdə gəlirdilərsə, yeni rəis bunu da qadağan edib. Artıq onlar da işə polis formasında gəlirlər. // modern.az
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol