• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtoxuliqan polisi vurdu

Bakıda avtoxuliqan polisi vurdu
29.05.2020 11:12
Bakının Binəqədi rayonunda avtoxuliqanlıq edən sürücü zəncirvari yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobil Eldar Babayev küçəsi ilə hərəkətdə olarkən "Giriş qadağandır" nişanının tələbini pozaraq hərəkətini davam etdirib.Bu zaman ərazidə xidmət aparan yol polisləri sürətlə hərəkət edən maşını saxlamağa cəhd etsələr də, sürücü qarşı yola çıxaraq qaçıb.

Avtoxuliqan Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün altında idarə etməni itirib. Nəticədə işıqforun qırmızı ışığında dayanan Vüsal Tağıyevə məxsus "Nissan” a daha sonra isə İmran Cəfərova məxsus "Hundaya çırpılıb.

Yol polisləri dərhal ərazidə süni tıxac yaradaraq avtomaşını saxlamağa müvəffəq olublar. Yol patrul xidmətinin inspektoru Azər Musayevin avtomobillə yaxınlaşaraq sürücünü maşından düşürtmək istəsə də, içkili sürücü ona xəsarət yetirərək hadisə yerindən qaçıb.

Əraziyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub.Yaralı polis əməkdaşına hadisə yerində ilkin tibbi yardım göstərilib. Polis qəzanı törədərək hadisə yerindən qaçan avtoxuliqan sürücünün axtarışlarını davam etdirir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol