• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadınlar əsgər gedəcək? - AÇIQLAMA

Azərbaycanda qadınlar əsgər gedəcək? - AÇIQLAMA
29.05.2020 06:41
Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.

Bu günlərdə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc  açıqlamasında bildirib ki, sözügedən qanuna dəyişiklik xanımların hərbi xidmətə cəlb olunmasını nəzərdə tutmur.

Millət vəkilinin sözlərinə görə, bu dəyişiklik hərbi sahədə çalışan və hərbi işi yerinə yetirən, mülki olmayan xanımlarla bağlı hərbi bilet daşımaq hüququnu təsdiq edir:

Gerçəklikdə bu var və dəyişiklik xanımların hərbi xidmətə çağrılmasını nəzərdə tutmur. Ali hərbi məktəbdə xanımların təhsilinə icazə verilmişdi. Sonradan bu qadağan edildi. Lakin qadağaya qədər orada təhsil alan xanımlar var idi. Onlar müxtəlif hərbi vəzifələr tutur və hərbi biletə malik olmalıdırlar. Bu şəxslərdən söhbət gedirdi. Bu qəti şəkildə Azərbaycanda xanımların hərbi xidmətə cəlb olunması kimi bir anlayışı daşımır”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol