• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: Yenilik olacaq

Sürücülərin nəzərinə: Yenilik olacaq
26.12.2014 10:05
Azərbaycan Nazirlər Kabineti "Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nı təsdiq edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bununla ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısı müəyyənləşib. Siyahıda səhiyyə sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə insan bədəninin temperaturunun, insanın kütləsinin, insanın əzələlər qrupunun iş qabiliyyətinin diaqnostikasında tətbiq edilən qüvvə və güc, qanın arterial təzyiqinin, klinik-laborator diaqnostikaya aid olan, insanın boyunun təyin edilməsində tətbiq edilən, nəfəs alınan (verilən) havanın həcminin, axınının sürətinin, qazların konsentrasiyasının (oksigen, etanol buxarları, karbon qazı), nümunə eynək linzalarının optik qüvvəsinin və digər metroloji xarakteristikalarının, eşitmə orqanlarının diaqnostikasında tətbiq edilən səs siqnallarının intensivliyinin, foton və elektron şüalanmasının udulmuş dozasının klinik, rentgen-diaqnostik tədqiqatlarda tətbiq olunan rentgen şüalanmasının dozasının, işçilərin iş yerində radiasiya nəzarəti üçün tətbiq edilən foton şüalanması doza gücünün və udulan dozasının, xəstəliklərin tibbi-bioloji tədqiqatlarında, diaqnostikasında və müalicəsində tətbiq edilən radionuklidlərin aktivliyinin, bioloji nümunələrin optik sıxlığının, məktəbəqədər uşaq və digər təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarına və normalarına riayət edilməsinin və yaşama mühitinin, həmçinin müalicə müəssisələrinin sterilizəolunma palata və bokslarındakı mühitin xarakteristikalarının ölçülməsində tətbiq edilən ölçmə vasitələri, ionlaşdırıcı şüa mənbələrinin ölçülməsində tətbiq edilən ölçmə vasitələri qeyd edilib.

Eyni zamanda, bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi üzrə radionuklidlərin aktivliyinin ölçülməsində tətbiq edilən ölçmə vasitələri, çirkab suların nümunələrinin optik sıxlığının ölçülməsində tətbiq edilən, torpağın nəmliyinin təyin edilməsi üçün tətbiq edilən, torpaq sahələri, qapalı su hövzələri (təbii və süni göllər) üzərində olan hava qatının analizi üçün tətbiq edilən, pestisidlərin suda, torpaqda, bitki və bitki mənşəli məhsullarda kimyəvi qalığının miqdarının təyin edilməsi üçün tətbiq edilən, kənd təsərrüfatı məhsullarında nitrat və nitritlərin qalığının miqdarının təyin edilməsi üçün tətbiq edilən, dərmanlaşdırılmış toxum və çiyidin tərkibində olan pestisidlərin təyin edilməsi üçün tətbiq edilən ölçmə vasitələri də müəyyənləşib.

Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə Dövlət Yol Polisi (DYP) tərəfindən avtomobillərə dövlət texniki baxışı keçirərkən, hüquqi və fiziki şəxslər tərəfindən texniki xidmət stansiyalarında avtomobillərə texniki xidmət göstərərkən tətbiq edilən, qazların və tüstülüyün konsentrasiyasını, nəqliyyat vasitələrinin səs-küyünün səviyyəsini ölçmə vasitələri, içməli, təbii və çirkab suların çirklənmə miqdarının tədqiqi (sınağı) və ölçülməsi üçün tətbiq edilən, atmosferin vəziyyətinin parametrlərinin tədqiqi (sınağı) və ölçülməsi üçün tətbiq edilən, torpaqda çirklənmənin miqdarının tədqiqi (sınağı) və ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri də siyahıda yer alıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol