• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev tıxaca düşdü - General cəzalandırıldı

Prezident İlham Əliyev tıxaca düşdü - General cəzalandırıldı
02.01.2015 10:31
Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini, general-mayor Həsən Şirinov prezidenti müşayiət etmək hüququndan yenə də məhrum olunub.


Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, H.Şirinov yenə də prezidenti müşayiət etmək hüququndan məhrum olunub. Məlumata görə, H.Şirinov şəhərdə yaranmış tıxacda yenə özünü itirib. Nəticədə prezident İ.Əliyevin korteji yenə tıxacda qalıb.

Xəbərə görə, hadisə dekabrın 26-da prezidentin korteji metronun "Koroğlu” stansiyasının yaxınlığından keçərkən baş verib. Plana görə, prezident korteji hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib.

Çox maraqlıdır ki, H.Şirinov prezidentin kortejinin tıxaca düşməsi ilə bağlı artıq ikinci dəfədir öz vəzifəsini itirir.

Əvvəlki insident prezident İ.Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə gedərkən baş vermişdi.

Qaydaya görə, prezidentin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, general-mayor Həsən Şirinov müşayiət edir.

H.Şirinovun sürücüsü yolu səhv salaraq "Gənclik” tərəfə aparan tunelə girib. Sonradan bəlli olub ki, buna general H.Şirinovun sürücüsünün günahı səbəb olub. Prezidentin korteji tıxacdan çıxandan sonra generalın maşını əlindən alınıb. Sonra isə sürücü polis orqanlarından qovulub.
 
 
ANN.Az
 
 
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol