• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillərə qadağa qoyuldu

Əlillərə qadağa qoyuldu
03.01.2015 11:33
Azərbaycanda bəzi iş yerlərində əlillərin əməyindən istifadə edilməsi qadağan ediləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyındən verilən məlumata görə, bu məsələ yeni hazırlanan və hazırda ictimai müzakirə mərhələsində olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanları, habelə mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq müəssisələr əlilliyi olan şəxslərin əməyindən istifadə üçün müəssisələr, sexlər və sahələr yaradacaqlar. Əlilliyi olan şəxslərin əməyindən istifadə üçün iş yerlərinin respublika standartları müəyyən ediləcək. Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin reabilitasiya mərkəzləri ilə birlikdə bu cür iş yerlərini il ərzində attestasiyadan keçirməlidirlər. Attestasiyadan keçməyən iş yerlərində əlilliyi olan şəxslərin əməyinin tətbiqi qadağan olunacaq. Buna yol verən şəxslər qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Əlilliyi olan şəxslərlə əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, işdən azad edilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilməyəcək. Ancaq bu zaman əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olması, əmək təhlükəsizliyi üçün təhlükə törətməsi istisna hal kimi qəbul istisna hal kimi qəbul ediləcək.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
Qaynari.nfo 12:22
İlham Əliyev rektorun ailəsinə başsağlığı verdi
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Bakıda bütün avtobuslar kondisionerli olacaq
İqtisadiyyat 11:52
Bakıda bütün avtobuslar kondisionerli olacaq
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol